MUSAYEV Elşən Məmmədhənifə oğlu

Dairə: 110 saylı Zaqatala

1979-cu il avqustun 11-də Oğuz şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. İngilis, rus və alman dillərini bilir.
2001–2003-cü illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə nəzarətçisi işləmiş, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, 2010–2015-ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışmışdır.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çexiya, İtaliya, Qətər, Malayziya, Pakistan, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.

Partiya mənsubiyyəti: Azərbaycan Demokratik Maarifçilik Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU