“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
02 aprel 2021   
    

02 aprel 2021

Layihə
I oxunuş          
 
 
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738; 2005, № 6, maddə 466; 2007, № 5, maddə 401, № 11, maddə 1071; 2008, № 2, maddə 49; 2018, № 5, maddə 866; 2019, № 3, maddə 379) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.3-cü maddədə “müntəzəm olaraq” sözlərindən sonra “dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri əlavə edilsin;
1.2. 6-cı, 7.6.3-cü, 7.7.4-cü, 8.2.3-cü, 9.1.1-ci və 9.2.3-cü maddələr ləğv edilsin;
1.3. 7.6.2-ci və 7.7.3-cü maddələrdə “dövlət sosial sığorta şəhadətnaməsi olmayan” sözləri “fərdi uçota alınmamış” sözləri ilə əvəz edilsin;
1.4. 10.2.2-ci maddəyə “izah etmək” sözlərindən sonra “, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
 
                                       
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU