“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
15 fevral 2022   
    

15 fevral 2022

Layihə 
 
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12  (I kitab), maddə 2513; 2019, № 5, maddə 809; 2020, № 4, maddə 384; Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 375-VIKQD nömrəli Konstitusiya Qanunu) 4.1.5-ci və 80.0.2.5-ci maddələrində “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilsin. 
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU