“Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
26 aprel 2022   
    

26 aprel 2022

                                                                                                          Layihə 
 
“Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 656; 2008, № 7, maddə 602; 2020, № 7, maddə 830, № 12 (I kitab), maddə 1425) 9.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“9.2. Əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş  onkoloji xəstələrin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial müavinət və (və ya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası almaq hüququ vardır.”.
Maddə 2. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik  Toplusu,   2012,  № 4,  maddə 272;  2019,  №11, maddə 1685; 2020, № 7, maddə 831,№ 6 (I kitab), maddə 548) 9.3-cü maddəsindən “və əmək pensiyası almaq hüququ olmayan” sözləri çıxarılsın və həmin maddəyə “müavinət” sözündən sonra “və (və ya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası” sözləri əlavə edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU