“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
26 aprel 2022   
    

26 aprel 2022

Layihə
 
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306; 2017, № 7, maddə 1278; 2018, № 3, maddə 400,  № 5,  maddə  869;  2019,  № 3,  maddə 380,  № 12, maddə 1893; 2020, 
№ 7, maddə 829, №11, maddə 1331, № 12 (I kitab), maddə 1452) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.3-cü maddədən “və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü   maddəsində   göstərilən   hal  istisna  olmaqla)  sağlamlıq  imkanları  məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın;
1.2. 7-ci maddə üzrə:
1.2.1. 7.0-cı maddənin birinci abzasında  ”Müavinətlər” sözü  “Əmək   pensiyaları   haqqında”   Azərbaycan   Respublikası   Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər” sözləri ilə əvəz edilsin;
1.2.2. 7.0.4-cü maddədə “edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda” sözləri “edildikdə” sözü ilə əvəz edilsin;
1.2.3. 7.0.5.1-ci maddədən “(“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla)” sözləri çıxarılsın.
Maddə 2. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0-cı, 7.0.4-cü və 7.0.5.1-ci maddələri sosial müavinətlərin bu Qanunun  qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU