“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
26 aprel 2022   
    

26 aprel 2022

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851, № 11, maddə 1335; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.43-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.44-cü maddə əlavə edilsin:
“1.0.44. inteqrasiya təlimli təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı və ya internat tipli təhsil müəssisəsi.”. 
2. 4.0.29-cu maddədə “pedaqoji işçilərə” sözləri “müəllimlərə” sözü ilə, “pedaqoji işçilərin” sözləri “müəllimlərin” sözü ilə əvəz edilsin. 
3. 12-ci maddə üzrə:
3.1. 12.14.6 – 12.14.13-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“12.14.6. inteqrasiya təlimli ümumtəhsil məktəbi;
12.14.7.   xüsusi ümumtəhsil məktəbi;
12.14.8.   ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
12.14.9.   internat tipli lisey;
12.14.10. internat tipli gimnaziya;
12.14.11. inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
12.14.12. internat tipli xüsusi ümumtəhsil məktəbi;
12.14.13. internat tipli sanator ümumtəhsil məktəbi;”;
3.2.  aşağıdakı məzmunda 12.14.14-cü maddə əlavə edilsin:
“12.14.14. digər məktəblər.”.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU