“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
05 may 2022   
    

05 may 2022

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən qərara alır:
Maddə 1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 901) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci, 4.2.4-cü və 4.2.6-cı maddələrdə, 6-cı fəslin və 14-cü maddənin adlarında “ötürülməsi” sözündən sonra “, nəqli” sözü əlavə edilsin;
1.2. 2.1.7-ci maddədə “qeyri-yaşayış sahələrinin” sözləri “binaların (qurğuların)” sözləri ilə əvəz edilsin;
1.3. 4.1.4-cü maddədə “ötürücüləri” sözündən sonra “, nəql edənləri” sözləri əlavə edilsin;
1.4. 8.1.2-ci maddədə “ərazisi” sözü “sahəsi” sözü ilə əvəz edilsin;
1.5. 11.1-ci maddədə “məişət suyu” sözləri “su” sözü ilə əvəz edilsin;
1.6. 14.1-ci maddədə “və paylayıcı” sözləri “, nəqli, həmçinin onların paylayıcı” sözləri ilə əvəz edilsin;
1.7. 16.3-cü maddədə “tədbirlərin” sözündən sonra “və enerji effektivliyi fondunun saxlanılması xərclərinin” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU