Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə

Qanun layihələri
05 may 2022   
    

05 may 2022

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, qərara alır:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752, № 11, maddə 1976; 2018, № 5, maddələr 855, 878, № 7 (I kitab), maddə 1440; 2019, № 1, maddə 23, № 7, maddə 1199, № 12, maddə 1899; 2020, № 6, maddə 669; 2021, № 7, maddələr 711, 715) aşağıdakı dəyişikliklər edilsin:
1. 38.3-cü maddədə “aşağıdakı vaxtadək dayandırılır:” sözləri “həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.” sözləri ilə əvəz edilsin.
2. 38.3.1-ci və 38.3.2-ci maddələr ləğv edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU