“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
30 sentyabr 2022   
    

30 sentyabr 2022

Layihə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779; 2016, № 1, maddə 21, № 2 (I kitab), maddə 206, № 6, maddə 972; 2017, № 3, maddə 340; 2019, № 5, maddə 802; 2021, № 10, maddə 1091; 2022, № 1, maddə 8) 20.0.21-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.22-ci maddə əlavə edilsin:
“20.0.22. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə.”.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU