“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə

Qanun layihələri
30 sentyabr 2022   
    

30 sentyabr 2022

Layihə
 
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq  qərara alır:
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, № 12, maddə 1440; 2016, № 2 (II kitab), maddə 222; 2019, № 1, maddə 2; 2020, № 10, maddə 1243, № 12 (I kitab), maddə 1434; 2021, № 3, maddə 215, 2022, № 4, maddə 295) Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “2.Gəncə şəhəri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “1 və 2” sözləri “3 və 4” sözləri ilə əvəz edilsin.
2. 2.2-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “3 və 4” sözləri “1 və 2” sözləri  ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU