Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
01 fevral 2023   
    

01 fevral 2023

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11 və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, №12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, №11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, №11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 3 maddə 372, № 5, maddə 800, № 12, maddə 1906; 2020, № 7, maddə 832, № 12 (l kitab), maddə 1424; 2021, № 4, maddə 308, № 6 (I kitab), maddə 541, № 7, maddə 711, № 8, maddə 894; 2022, № 1, maddə 11, № 6, maddə 580, № 8, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 32.2.2-ci maddədə "idarələrinə" sözü "təşkilatlarına" sözü ilə əvəz edilsin;
1.2. 105-ci maddənin ikinci cümləsində "idarələrindəki" sözü "təşkilatlarındakı" sözü ilə əvəz edilsin.
Maddə 2. "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32, № 6, maddə 993, № 8, maddə 1366; 2021, № 7, maddə 704, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü maddənin 1.2-ci bəndinə "nizamnamədə" sözündən əvvəl "Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla" sözləri əlavə edilsin;
2.2. 10-cu maddə üzrə:
2.2.1. 1.3-cü bənddə "nizamnaməsində və digər normativ sənədlərdə" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla nizamnaməsində" sözləri ilə əvəz edilsin;
2.2.2. 2.4-cü bəndə "müqavilə şərtlərinə" sözlərindən əvvəl "Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla" sözləri əlavə edilsin.
Maddə 3. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 568; 2002, № 5, maddə 240; 2003, № 1, maddə 6; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2009, № 12, maddə 945; 2016, № 1, maddə 28; 2017, № 1, maddə 2, № 12 (I kitab), maddə 2244; 2018, № 12 (I kitab), maddə 2476; 2022, № 8, maddə 833) 8.3-cü maddəsində "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, №11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406; 2016, № 6, maddə 975; 2017, № 4, maddə 521, №11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7, maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.0.9-cu maddədən "(müddətin uzadılması hüququ ilə)" sözləri çıxarılsın və həmin maddədə "(komisyon haqqlar)" sözləri "və (və ya) müqavilədə göstərilən digər ödənişlər" sözləri ilə əvəz edilsin;
4.2. 36.6-cı maddənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.".
Maddə 5. "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160; 2016, № 3, maddə 407, № 4, maddə 641; 2017, № 12 (I kitab), maddə 2228; 2018, № 5, maddə 844, № 6, maddə 1171; 2019, № 1, maddə 32, № 5, maddə 815; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.4-cü maddəyə "məbləği" sözündən sonra "Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla" sözləri əlavə edilsin;
5.2. 17.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"17.2. BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.".
 
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU