“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
29 oktyabr 2024   
    

29 oktyabr 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və  “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 690 (Cild I) 11-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin: 
“4. Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir.”.
Maddə 2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I) aşağıdakı məzmunda 37.8-ci maddə əlavə edilsin:
“37.8. Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir.”.
Maddə 3. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053 (Cild I) 3.4.3-cü maddəsinə ikinci halda “şəxslərə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU