Almaniya Bundestaqının nümayəndə heyəti Xankəndi və Şuşa şəhərlərində olub

Tədbirlər
27 aprel 2026 | 17:54   

Ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti aprelin 27-də Xankəndi və Şuşa şəhərlərində olub.

Əvvəlcə Xankəndi şəhərinə gələn qonaqlar burada Zəfər meydanı, Qarabağ Universiteti və Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

Sonra Şuşaya gələn  Almaniya parlament nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər, Şuşanın Qala divarlarını seyr ediblər, Aşağı Gövhərağa məscidi, Birinci yaşayış məhəlləsi, Bülbülün ev muzeyi və Cıdır düzü ilə tanış olublar.

Səfər zamanı qonaqları Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann və digər rəsmi şəxslər müşayiət ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU