Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
51

MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasında

Aprelin 18-də MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri - MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov, komissiyanın üzvü Anatoliy Rafailov iştirak ediblər.

18 aprel 2024    18:48
52

Deputatımız QDİƏT PM-nin komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin 63-cü iclasında iştirak etmək üçün aprelin 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək.

18 aprel 2024    17:55
189

“Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda dinləmə keçirilib

Aprelin 17-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə deputatların, Səhiyyə nazirinin müavininin, Ekologiya və təbii sərvətlər nazirinin müavininin, Kənd təsərrüfatı nazirinin müavininin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavininin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının rəhbərinin müavininin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ”Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai dinləmə keçirilib.

17 aprel 2024    18:10
39

TÜRKPA-nın komissiya iclasında

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və deputat Ağalar Vəliyev aprelin 17-də TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının “TÜRKPA üzv dövlətlərinin ticarət nümayəndəlikləri: milli iqtisadiyyatın gücləndirilməsi və birgə iqtisadi əməkdaşlığa töhfə” mövzusunda keçiriləcək 11-ci iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.

16 aprel 2024    15:43
47

MDB PA-nın komissiya iclasları keçiriləcək

Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün aprelin 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

15 aprel 2024    12:05
43

Milli Məclisin deputatı Avstriyaya səfər edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili Avstriya-Cənubi Qafqaz parlament qrupu rəhbərinin dəvəti ilə aprelin 9-da Avstriyanın Vyana şəhərinə işgüzar səfər edəcək.

08 aprel 2024    14:43
62

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramının icrası üzrə 8-ci Beynəlxalq Parlament Üzvləri Konfransında iştirak etmək üçün aprelin 9-da Norveçin paytaxtı Oslo şəhərinə səfər edəcək.

08 aprel 2024    10:38
62

Milli Məclisdə görüş

Aprelin 4-də Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

04 aprel 2024    17:33
73

TBMM-in nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Aprelin 4-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

04 aprel 2024    14:08
49

Milli Məclisin deputatları Rusiyada səfərdə olacaqlar

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Badamov və Mixail Zabelin aprelin 4-də Rusiya Federasiyasının Kalininqrad şəhərinə səfər edəcəklər.

03 aprel 2024    16:58
55

Milli Məclisdə görüş

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Briqam Yanq Universitetinin bir qrup tələbəsi ilə görüşüb.

19 mart 2024    16:08

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.