13.02.2015 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 103
Milli Məclisin iclas salonu.
13 fevral 2015-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 102
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Mehdi Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Kamran Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
Səttar Zamanov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Qədir Xəlilov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
Hafiz Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin əməkdaşı.
Bahadur Kərimov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin əməkdaşı.
Əbülfəz Babayev, Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının sədri.
Hümbət Hüseynov, Azərbaycan Qəsəbə Bələdiyyələr Milli Assosiasiyasının sədri.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələr Milli Assosiasiyasının sədri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
2. “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaq-larının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
10. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
14. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubli-kası qanununun layihəsi haqqında.
17. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşagıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, İqbal Ağazadə, Leyla Abdullayeva, Vahid Əhmədov, Qənirə Paşayeva, Elmira Axundova
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 94
Nəticə: Qəbul edildi
1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Vilayət Zahirov, Ziyafət Əsgərov, Elton Məmmədov, Fazil Mustafa, Əli Məsimli, Elmira Axundova, Siyavuş Novruzov, Çingiz Qənizadə, Eldar Quliyev, Tahir Rzayev, Məlahət İbrahimqızı, Sahibə Qafarova, Qənirə Paşayeva
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
4. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
5. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
6. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
8. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
10. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
11. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.10 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
14. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
15. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.10 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
16. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.12 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
17. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.20 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
18. Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, Gövhər Baxşəliyeva, Rafael Cəbrayılov
Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.33 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
13 fevral 2015-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 102
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən ancaq bir məsələni qeyd etmək istəyirəm. Bilirsiniz ki, dünən ölkəmizdə Yeni Azərbaycan Partiyası və Prezident Administrasiyası ilə Azərbaycanda təmsil olunan siyasi partiyaların çox gözəl görüşü keçirildi. Bu, ictimaiyyət tərəfindən də çox müsbət qarşılandı. Azərbaycanı təmsil eləyən siyasi partiyaların nümayəndələri bir araya gələrək həm ölkəmizdə siyasi sistemin formalaşması, həm müxtəlif qanunlara əlavə və düzəlişlərin edilməsi, həm də Azərbaycanın müxtəlif taleyüklü məsələləri ilə bağlı geniş fikir mübadiləsi apardılar.
Bu görüşlərin mütəmadi, daimi olması, iki aydan bir keçirilməsi və ictimaiyyət üçün açıq olması Azərbaycan dövlətinin şəffaf şəkildə idarə olunmasının bariz nümunəsidir. Bundan sonra dövlət idarəçiliyi ilə bağlı həyata keçirilən bütün tədbirlərdə istər qeyri-hökumət təşkilatlarının, istər siyasi partiyaların, istərsə də mətbuat orqanlarının iştirakı təmin olunacaq, onlar bütün məsələlərlə bağlı təkliflərini verəcək və bu təkliflər əsasında hansı məsələlərin həlli vacibdirsə, gələcəkdə o məsələlərin həlli istiqamətləri cəmiyyət üçün bəlli olacaqdır.
Təəssüflər olsun ki, ümummilli maraqları deyil, ayrı-ayrı qüvvələrin maraqlarını həyata keçirən bəzi partiyalar bu tədbirə qatılmadılar. Halbuki onlar ATƏT-in və ya başqa bir qurumun keçirdiyi görüşlərdə çox canfəşanlıqla iştirak edirlər. Lakin Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar yığışıb bir yerdə dövlət əhəmiyyətli, millət əhəmiyyətli məsələləri müzakirə eləyəndə özlərini cə-miyyətdən, dövlətdən, xalqdan kənarda tutur, onlara məxsus mətbuat orqanları vasitəsi ilə bu görüşlər üzərinə kölgə salmağa çalışırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən idarə olunur, Azərbaycanın ümumxalq mənafelərini deyil, o dairələrin mənafelərini müdafiə edirlər.
Dediyim görüşdə Dağlıq Qarabağ məsələsi, Xocalı mə-sələsi, ayrı-ayrı siyasi partiyaların məsələsi, seçki məsələsi müzakirə olunurdu. Azərbaycanda fəaliyyət göstərən hər hansı bir siyasi partiya əgər özünü bundan kənarda tutursa, deməli, o, artıq xalqla bağlı olan partiya deyil.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Mən ilk növbədə diqqətinizi cənab Prezidentin son on gündə dövlət idarəetmə sistemində həyata keçirdiyi struktur islahatlarına cəlb etmək istəyirəm. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi, onun səlahiyyətlərinin üç hökumət strukturuna verilməsi, eləcə də “Azərenerji”nin bir sıra səlahiyyətlərinin yeni yaradılan “Azərişıq” qurumuna verilməsi və bu istiqamətdə atılan sair addımlar təqdirəlayiqdir. Bu, dövlət idarəetmə sisteminin effektivliyini artırmaq, funksional təyinatını dəqiqləşdirmək, idarəçilikdə təkrarlanmaları aradan qaldırmaq və sair üçündür.
Şübhəsiz ki, ictimaiyyət tərəfindən bu, müsbət qarşılanır, həm də ona görə ki, cəmiyyətin bu sahədə gözləntiləri var. Məsələn, 400 mindən artıq insan var ki, bu gün əmlakı, mülkiyyəti və yaxud torpaq sahəsi üzərində hüquqlarının təsdiqini, qanuniləşməsini gözləyir. Bu, təkcə adamları tor-pağa, əmlaka, mülkə bağlamayacaq, eyni zamanda onların kredit alınmasında və sair iqtisadi təşəbbüskarlıq fəaliy-yətində həmin əmlakdan bir resurs kimi istifadə etməsinə kömək edəcək, həmçinin insanlar yaşadıqları yerə qeydiy-yata düşəndə özlərini bu ölkənin tamhüquqlu vətəndaşları sayacaq, övladları oradan məktəbə gedəcək və sair.
Düşünürəm ki, hökumət bu islahatları davam etdirəcək. Təsadüfi deyil ki, mediada bu mövzuda xeyli diskussiyalar var. Əlbəttə, bunlar təkliflərdir, mövqelərdir. Ölkənin idarəetmə sisteminin əsas planını, onun strategiyasını cənab Prezident müəyyənləşdirir. Lakin hesab edirəm ki, bir sıra qurumlar başqa hökumət strukturlarına birləşdirilə bilər. Məsələn, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti aqrar sahəyə yönəli bir qurumdur, irriqasiya xarakterli işləri həyata keçirir. Amma bu aqrar siyasəti kənd təsərrüfatı üzərindən dövlət yönəldir. Ona görə düşünürəm ki, həmin qurumun Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi məqsədəuyğun olar.
Elə bilirəm ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya da struktur islahatlarına cəlb olunmalıdır. Bu illər ərzində 45 min insandan 41 mini kəsilib. Bunun funksiyası əslində bu deyil. Düşünürəm ki, bu, əslində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına birləşdiriləcək bir qurumdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi isə İqtisadi İnkişaf Nazirliyinin bir subyekti ola bilər.
Lakin buradan belə bir nəticə çıxmalı deyil ki, həmin ştatlar, iş yerləri itirilməlidir. Cənab Prezidentin başqa bir fərmanı var. Dövlət orqanları ləğv edilərsə, ştat heyətləri ixtisara düşərsə, o şəxslərin digər qurumlarda uyğun vəzi-fələrdə yerləşdirilməsi qaydası var. Əminəm ki, bu təmin olunacaq və heç bir halda işsizlik yaratmayacaq. Ən önəmlisi odur ki, bu, funksional dəqiqlik yaradacaq və millətimizin xeyrinə olacaq.
Sədrlik edən. Çox sağ ol. Zahid müəllim, deyirsən, cənab Prezident müəyyənləşdirir, amma sən özün müəyyənləş-dirməyə başlayırsan. Təkliflərini verirsən də. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Hörmətli Sədr, hörmətli media nümayəndələri! Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Mən Xocalı qurbanlarına, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Hamımız bilirik ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti erməniləri, onların havadarlarını, Minsk qrupunu ifşa eləyən möhtəşəm bir çıxış elədi. Mən hesab edirəm ki, bu çıxış Azərbaycan xalqının hisslərini müəyyən mənada sakitləşdirdi və indi bizim diplomatik korpusa bu barədə göstəriş verilməlidir ki, Xocalı soyqırımı ərəfəsində yenə də diplomatik nümayəndəliklərimizin olduğu bütün ölkələrdə və beynəlxalq təşkilatlarda nümayəndələrimiz müvafiq tədbirlər keçirsinlər və bu çıxışda qoyulan məsələlər bir daha beynəlxalq ictimaiyyətin, ayrı-ayrı ölkələrin rəhbərlərinin diqqətinə çatdırılsın.
Yeri gəlmişkən, mən elə bizim səfirlərlə də bağlı bir məsələni qaldırmaq istəyirəm. Bizim xarici səfərlər zamanı bəzi səfirlərimiz öz narahatçılıqlarını bildirirlər ki, onların maaşı rəsmən cəmi 500 manat civarındadır. Qalan vəsait isə onlara ezamiyyə xərcləri kimi verilir. Ona görə də onlar pensiyaya çıxanda çox cüzi, təqribən 250-300 manat civarinda pensiya alırlar. Bu da onları ciddi narahat edir. Biz bunun yolunu tapmalı, elə etməliyik ki, ölkəni təmsil eləmiş səfirlər qayıdandan sonra normal həyatlarını təmin edə biləcək miqdarda pensiya ala bilsinlər.
Hörmətli həmkarım Siyavuş Novruzov bir məsələ qaldırdı. Mən də o tədbirin – siyasi partiyalarla keçirilən görüşün iştirakçısı idim. Çox təəssüf ki, Azərbaycanda xarici dövlətlərin əlində oyuncağa çevrilmiş bəzi siyasi qüvvələr yenə də bu tədbirin üzərinə kölgə salmağa çalışırlar. Amma bununla heç nəyə nail ola bilməzlər.
Mən hesab edirəm ki, bu tədbir son dərəcə önəmlidir. Özü də Prezident Administrasiyasının nümayəndəsi dəfələrlə vurğuladı ki, bu görüş birbaşa Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında keçirilir. Mən əminəm ki, belə görüşlər ölkədə siyasi sistemin, demokratiyanın inkişafına, qanunun aliliyinin təmin olunması və inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Onun üzərinə kölgə salmaq istəyən qüvvələr isə, sadəcə olaraq, bir daha öz mövqelərinə baxmalı və ayrı-ayrı qüvvələrə imkan verməməlidirlər ki, onlardan öz xalqlarına qarşı, Azərbaycana qarşı istifadə olunsun. Onlar Azərbaycanın gözdən salınması istiqamətində iş aparan qüvvələrin əlində alətə çevrilmələrinə imkan verməməlidirlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, bu sözü Siyavuş müəllim də işlətdi, Siz də işlətdiniz ki, “kölgə altında”. Bu partiyalar həmişə dialoq istəyirdilər. İndi bu dialoq təklif olunub, onlar dialoqdan imtina edirlər. Bu onu göstərir ki, kölgə altında yox, kök altındadırlar. Ona görə bu dialoqlarda iştirak eləmirlər. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən şəhid ailələri ilə bağlı iki məsələni diqqətə çatdırmaq istəyirəm. Mənə müraciətlər olur ki, şəhid ailələrinin övladları orta məktəbi bitirdikdən sonra əgər instituta daxil olurlarsa, onlara təqaüdlərin verilməsi davam edir, amma əsgərliyə gedirlərsə, o təqaüdlər dayandırılır. İstəyirlər ki, əsgərlik müddətində də övladlarına o təqaüdlər verilsin. Onların vəziyyətini başa düşmək olar. O çox da böyük məbləğ deyil.
İkinci məsələ şəhid ailələrindən tək övladın hərbi xidmətə aparılması barədədir. Tək övladın əsgərliyə aparılmaması məsələsini müzakirə etmək, müsbət qərar qəbul etmək mümkündür.
Üçüncü məsələ. Mən indi detallara toxunmayacağam, amma prinsipial məsələyə toxunmaq istəyirəm. Yenə müraciətlər olur. Məsələn, Yeni Günəşli qəsəbəsində “Badikubə” MTK tərəfindən inşa edilmiş binada mənzillər bir neçə nəfərə satılıb. Az qala bir mənzil üç nəfərə satılıb. Orada mübahisədən sonra əhalinin mənzillərinə əl qoyulub. Mən yenə deyirəm, detallarla bağlı müvafiq orqanlara müraciət edəcəyəm. Amma burada başqa deputatlar da bu istiqamətdə məsələ qaldırıblar. Hesab edirəm ki, müvafiq orqanlar komissiya yarada bilərlər, Milli Məclis də öz üzvlərindən ora daxil edə bilər. Bu məsələlər araşdırılıb ortaq məxrəcə gəlinməlidir. Yəni əhalidə belə ciddi narazılıq yaratmağa dəyməz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də siyasi partiyalarla dialoq aparılması istiqamətində ölkə Prezidentinin təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, ölkədə nəhayət siyasi mədəniyyətin yüksəlməsi baxımından bu tədbirlərin intensivliyi çox böyük rol oynayacaq. Dünənki tədbirdə kifayət qədər konstruktiv, səviyyəli müzakirələr oldu. Hesab edirəm, orada iştirak etməyənlər çox böyük siyasi, taktiki səhvə yol verdilər. Çünki ancaq bu yolla ölkədə siyasi partiyaların iştirakı mümkündür.
İkinci vacib məsələyə toxunmaq istəyirəm. Bildiyimiz kimi, bizim qonşu ölkələrlə, region ölkələri ilə yaxşı əməkdaşlığımız var. İranla, İsraillə də kifayət qədər inkişaf eləyən əlaqələrimizin olması müsbət haldır. Mən təklif edərdim ki, Fələstin parlamenti ilə də bizim parlament arasında işçi qrupunun yaradılması məsələsi nəzərdən keçirilsin. Əgər məqsədəuyğundursa, siyasi cəhətdən problem yaratmırsa, bunu da nəzərdə tutaq, çünki bu da bizim üçün prioritet mövzulardan biridir. Azərbaycan Fələstinin də hüquqlarının müdafiəsi istiqamətində ciddi addımlar atır və bu təşəbbüsləri dəstəkləyir.
Üçüncü vacib məsələ. Bildiyiniz kimi, Borçalı Cəmiy-yətinin sədri Zəlimxan Məmmədlinin ictimai fəaliyyəti Azərbaycan – Gürcüstan dostluğuna xidmət edən çox ciddi bir fəaliyyətdir. Orada elat bayramlarının təşkili, Borçalı türklərinin hüquqlarının müdafiəsi də bu insanın məşğul olduğu məsələlərdəndir. Amma Gürcüstan rəsmi dairələri tərəfindən onun Gürcüstana girişi qadağan olunub. Mən hesab eləmirəm ki, bu, fərdi məsələdir. Bu, ciddi siyasi məsələdir. Bir azərbaycanlı fəalın, həmişə dostluq çağırışı eləyən bir insanın hüquqlarının məhdudlaşdırılmasına Azərbaycan hakimiyyəti ciddi reaksiya verməlidir.
Xarici İşlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır. Amma məncə, biz bu məsələni Gürcüstan rəsmiləri ilə parlament səviyyəsində də müzakirə eləməliyik. Gürcüstan tərəfinin bu hərəkəti bizim dostluq prinsiplərimizə uyğun deyil. Orada hər hansı şəkildə təxribatçı fəaliyyət varsa, buyurun, münasibət bildirin. Amma heç bir qeyri-qanuni fəaliyyəti olmadığı halda bu adamın öz vətəninə, öz elinə getməyini qadağan etmək tamamilə yanlış bir hərəkətdir.
Mən Soydaşlar haqqında qanun məsələsinə də qayıtmaq istəyirəm. Gürcüstanda bu qanun qəbul olunub. Postsovet məkanında yaşayan azərbaycanlılarla əlaqənin bərpa olun-ması üçün biz də bu istiqamətdə işləməliyik. Mən yenə də o düşüncədəyəm ki, biz Gürcüstanda yaşayan azərbay-canlıları əcnəbi statusundan çıxarıb, soydaş statusuna gətirməliyik. Çünki elə imtiyazlar var ki, onları əcnəbi statusuna malik insana tətbiq eləmək tamamilə yanlış olardı. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Hörmətli millət vəkilləri! Məndən əvvəl siyasi partiya rəhbərləri çıxış edərək dünən keçirilən görüşün mahiyyət etibarilə Azərbaycanın ictimai-siyasi mühitinə verəcəy faydadan danışdılar. Mən də, təbii ki, bu qənaəti bölüşürəm və hesab edirəm ki, doğrudan da, Azərbaycanda müxtəlif baxışları, müxtəlif yanaşmaları olan siyasi institutların, siyasi təşkilatların rəhbərlərinin hakimiyyətlə, hökumət nümayəndələri ilə, Prezidentin adından çıxış etmək səlahiyyəti olan İctimai-siyasi şöbənin müdiri ilə bir masa arxasında bu məsələləri müzakirə etməsi ancaq dövlətimizin, vətənimizin, cəmiyyətimizin xeyrinədir və bu proses davam etdirilməlidir.
Bu prosesdə, təbii ki, konkret məsələlər müzakirəyə çı-xarılacaq, amma orada da xahiş etdik, əvvəlki görüşümüzdə də xahiş etmişdik, Azərbaycanın bütün problemləri yalnız masa arxasında, dialoq əsasında çözülməlidir. Bunu ən böyük xarici regional təhlükələri görən bizlər hamımız əl-ələ verərək həll etməli və imkan verməməliyik ki, hətta neqativ hadisələr ucbatından Azərbaycana qarşı kimlərsə beynəlxalq aləmdə diskriminasiya siyasəti yürütməyə cəhd etsinlər.
Mən orada da insan haqlarının vəziyyəti, o cümlədən xəstə məhbuslarla bağlı məsələ qaldırdım, dəfələrlə parla-mentdə də qaldırmışam. Buna bir əncam çəkmək lazımdır.
Mən İntiqam Əliyev haqqında danışmaq istəyirəm. Onun məhkəməsi gedir. Hesab edirəm, İntiqam Əliyev kifayət qədər ciddi, Azərbaycanın ictimai-siyasi səhnəsində tanınan bir adamdır. Məhkəmə getdiyinə görə heç bir şey demək istəmirəm, amma məhkəmə dönəmində onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və yaxud başqa qətimkan tədbirləri seçilməsi, hesab edirəm, bugünkü ab-havaya da, dünənki danışıqların motivinə də çox uyğun gələr.
Bununla bağlı prokurorluğa da müraciət etmişik. Təəs-süflər olsun ki, müraciətimiz qəbul olunmayıb. Cənab Sədr, hesab edirəm ki, parlament rəhbərliyi kimi bu istiqamətdə Siz də öz imkanlarınızdan istifadə etsəniz, siyasi partiyalar və onun hüquqlarını müdafiə edən şəxslər adından Sizə də təşəkkür edərdik.
Mən keçən Məclisdə penitensiar sistemlə bağlı çıxış etmişdim. Təəssüf edirəm ki, bəzi millət vəkilləri tərəfindən də, penitensiar sistemin rəhbəri Mədət Quliyev tərəfindən də mövqeyimizi aşağılayan təhqiramiz bir mövqe ifadə olunub. Xahiş edirəm, o millət vəkilləri, eləcə də Mədət Quliyev çıxışlarına diqqət etsinlər. Əks təqdirdə, bu şəkildə davam etsə, növbəti dəfə mən bu mövzuda çıxış edəcəyəm.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli həmkarlar! Son dövrlər mətbuatda, kütləvi informasiya vasitələrində, telekanallarda Azərbaycan tarixi və tarixi şəxsiyyətlər haqqında bir sıra proqramlar hazırlanır, müzakirələr aparılır. Bu diskussiyalar müxtəlif sosial şəbəkələrdə də davam etdirilir. Fikrimcə, bu fakt özlüyündə xeyli müsbət hadisə sayılmalıdır. Əsasən, əyləncə xarakterli verilişlərin yayımlandığı, müzakirələrin bəsit mövzularda olduğu məlumdur. Bu baxımdan, təbii ki, ciddi tarixi mövzuların gündəmə gəlməsi alqışlanmalı haldır.
Lakin burada tarixə və tariximizə yanaşma, tarixi şəxsiy-yətləri qiymətləndirmə məsələləri meydana çıxır. Suallar yaranır ki, bu və ya digər tarixi şəxsiyyətə qiymət verərkən hansı meyarlar əsas götürülür, tarixi qəhrəmanlarımıza hansı meyarlar əsasında fikir bildirilir. Xüsusilə unutmaq lazım deyil ki, biz müharibə şəraitində yaşayan ölkəyik. Bizə qəhrəmanlar, qəhramanlıq nümunələri vacibdir. Sadəcə, indi onlara qarşı belə təftişçilik meylləri, hesab edirəm ki, yersizdir. Şəxsiyyətləri müzakirə etmək və onları təftiş etmək, hesab edirəm ki, fərqli şeylərdir.
Bu kontekstdə digər məsələ tarixi şəxsiyyətləri bu günün prizmasından qiymətləndirmək cəhdləridir. Tarixə bu günün şərtləri daxilində baxmaq düzgün sayıla bilməz. Bizim tariximizdə olan istər dövlət, istər hərbi, istər fikir və yaradıcılıq adamlarına da öz dövrlərinin şərtləri daxilində qiymət verməliyik. Orta əsrlərdə yaşamış şəxs barədə XXI əsr şərtləri ilə fikir bildirmək qeyri-obyektivliyə gətirib çıxara bilər.
Digər məsələ də Azərbaycan tarixində böyük rol oynamış insanların etnik köklərinin araşdırılması və qabardılması məsələsidir. Bu da, əlbəttə, elmi cəhətdən maraqlıdır. Amma o bizim üçün, bu gün üçün nə verəcəkdir sualını səsləndirmək lazımdır. Şəxsin Azərbaycan uğrunda vuruşması və Azərbaycan üçün xidmət göstərməsi, məncə, daha önəmli, daha əhəmiyyətlidir. Bax bu məsələ vurğulanmalıdır.
Bu müzakirələrdə adətən ortaq məxrəcə gəlmək mümkün deyil, müzakirələr mübahisələrə çevrilir, xoşagəlməz hallara da keçə bilir. Əslində ən yaxşısı həqiqəti araşdırmağı tarixçilərə buraxmaqdır. Cəmiyyət, vətəndaşlar isə bir suala cavab verməlidirlər: “Konkret tarixi şəxsdən bu gün hansı nümunə götürülə bilər və bu günümüz üçün onun xidmətlərindən necə yararlana bilərik?”.
Mən hesab edirəm ki, bir tarixi şəxsə, sadəcə, bir meyara görə qiymət verilməlidir. O kimə, hansı xalqa xidmət edib, hansı ölkə qarşısında tarixi xidmətləri olub. Etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq tarixi Azərbaycan torpaqlarında yaşamış, yaratmış hər bir insan bu vətənin, bu torpağın övladıdır. Bu ideologiya isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və indi də cənab Prezident İlham Əliyev tərəfindən reallaşdırılan azərbaycançılıq ideologiyasının birbaşa təzahürüdür.
Mən sonda təklif edərdim ki, tarixi şəxsiyyətlərimizin…
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Dünən cənab Prezident Azərbay-can qazının Cənub qaz dəhlizi vasitəsi ilə Türkiyə ərazisin-dən nəqli ilə əlaqədar maraqlı Avropa dövlətlərinin ener-getika nazirləri ilə böyük bir iclas keçirdi. Müəyyən qərarlar qəbul edildi. Bu layihə Azərbaycan üçün həm iqtisadi, həm də siyasi cəhətdən çox önəmlidir.
Amma son vaxtlar bu layihə ilə əlaqədar bir sıra problemlər yaratmaq istəyirlər. Xüsusilə Rusiya dövləti öz qazını Türkiyə axını vasitəsi ilə qısa müddət ərzində Avropaya çıxarmaq fikrindədir. Türkiyənin də energetika naziri ayda iki-üç dəfə Rusiyada olur. Həmin layihə ilə bağlı sənədləri ciddi surətdə müzakirə edirlər ki, bu qaz tez bir zamanda Avropa bazarına çıxarılsın.
Digər tərəfdən, dünən Yunanıstanın energetika naziri Cənub qaz dəhlizi ilə əlaqədar müəyyən iddialar irəli sürməyə başladı. Onun bildirdiyinə görə, qazın nəqli ilə əlaqədar tariflərə yenidən baxılmalı, o cümlədən qazın qiymətində müəyyən dəyişikliklər edilməlidir. Mən belə hiss edirəm ki, bunların hamısı bir ipin iki ucudur. Yəni bizə müəyyən təzyiqlər göstərmək istəyirlər ki, Azərbaycan qazı Avropa bazarına müəyyən qədər gec çıxarılsın. Amma mən cənab Prezidentə çox minnətdaram ki, vaxtında, yəni Davosda olarkən bu məsələyə bir daha toxundu. O həmin nazirləri Azərbaycana yığdı və dünən də bəyan etdi ki, biz bu qazı qəbul edilmiş proqrama uyğun olaraq Avropa bazarına vaxtında çıxarmalıyıq. Yəni qazın gecikməsinə heç bir maneə ola bilməz. Halbuki Rusiya dövləti öz qazını artıq 2016-cı ildə Türkiyə bazarına çıxarmaq istəyir.
Mən niyə bu məsələni qaldırdım. Bizim millət vəkilləri mütəmadi olaraq beynəlxalq təşkilatlarda olur, müəyyən konfranslarda iştirak edirlər. Mən xahiş edərdim ki, onlar da öz imkanlarından istifadə edərək o təşkilatlarda həmin dövlətlərin millət vəkilləri ilə müəyyən fikir mübadiləsi aparsınlar və sübut etsinlər ki, Azərbaycan qazının Avro-paya çıxarılması Azərbaycana nə qədər lazımdırsa, bir o qədər də Avropa dövlətlərinə lazımdır.
Bayaq qeyd etdiyim kimi, bu layihə Azərbaycan üçün çox vacibdir. Neft hasilatının da, neftin qiymətinin də aşağı düşdüyü bir dövrdə Azərbaycan qazının ixracı Azərbaycanın müstəqilliyinin qarantıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli KİV nümayəndələri! Mən millət vəkili seçildiyim Tovuz rayonunun Ermənistanla həmsərhəd ön cəbhə kəndlərində bir neçə gün bundan öncə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mülki vətəndaşları, onların evlərini, yüzə yaxın evi atəşə tutmasından, nəticədə bir evin –Nəbiyev İsmayıl Əkbər oğlunun evinin tamamilə yandırılmasından, hətta yanğınsöndürənlərə yanğının sön-dürülməsinə imkan verilməməsindən, Əliyeva Xatirə Tofiq qızının öz evinin içərisində pəncərədən girən güllədən yaralanmasından danışmaq istəyirəm.
Çox təəssüf edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, onların buradakı səfirləri, hər gün insan haqlarından danışan beynəlxalq təşkilatlar, onların buradakı ofisləri bir kəlmə də olsun, bunu pisləyən bir açıqlama ilə çıxış etmirlər. Mülki vətəndaşların evlərinin atəşə tutulmasını, yandırılmasını, öz evinin içərisində bir qadının güllə ilə vurulub yaralanmasını pisləyən bu açıqlamaları, çox təəssüf ki, biz görmürük. Bu ikili standartları biz Avropa Şurasında da olanda, beynəlxalq təşkilatların buradakı təmsilçiləri ilə də görüşəndə hər zaman vurğulayırıq. Bu ikili standartlardan əl çəkmək lazımdır. Cənab Prezident də Münhendə bunu bir daha çox açıq şəkildə vurğuladı.
Mən o insanların burada səsini çatdıraraq o təşkilatlara bir daha çağırış etmək istəyirəm. Siz bir gedin, baxın ki, orada mülki vətəndaşlara qarşı Ermənistan tərəfindən hansı cinayətlərə, hansı vandalizm aktlarına əl atılır. Buna qarşı öz etiraz səsinizi ucaldın. Biz sizi buna çağırırıq. Doğrudur, bizim silahlı qüvvələrimiz ön cəbhədə çox güclüdür və mülki vətəndaşlarımıza qarşı insanlıqdan bu qədər kənar əməllərə əl atan düşmənə layiqli cavab verirlər. Amma çox təəssüf ki, düşmən öz çirkin niyyətlərindən yenə də əl çəkmir.
Mən bu vəsilə ilə buradan dövlət qurumlarımıza, özəlliklə Bərpa Agentliyinə də bir xahişlə müraciət etmək istəyirəm. Biz bu məsələ ilə bağlı müraciət etmişdik. Sağ olsunlar. O evlər ki düz öndədir, onların qarşısında istehkamlar tikilir ki, dinc insanlarımız, mülki vətəndaşlarımız hədəfə alınmasın. O istehkamların sayını artırmaq lazımdır ki, birbaşa o evlər hədəfə gəlməsin. Bir sığınacağın da tikilməsinə ehtiyac var ki, atışma vaxtı, ən azı kəskin atışma olduğu zaman insanlar orada qoruna bilsinlər.
Sonda Fazil bəyin qaldırdığı məsələ ilı bağlı deyim ki, dostluq qrupu olaraq biz də Gürcüstan tərəfinə Zəlimxan Məmmədli ilə bağlı müraciət etmiş, Gürcüstanın buradakı səfirindən də bu məsələyə qonşu ölkədə diqqətlə yanaşıl-masını xahiş etmişik. Hesab edirik ki, Gürcüstan tərəfi buna özünün müsbət cavabını versə, yaxşı olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mən əvvəl də qaldırdığım bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Əgər Bakının Qurd Qapısı, köhnə Yasamal və sair ərazilərində yerləşən qəbiristanlıqlara fikir versək, orada hökm sürən yiyəsizliyin şahidi olarıq. Bir çox qəbir daşları dağılıb, köhnə məzarlar çökmüş haldadır. Ot-alaq və zibillə dolu olan bu məzarlıqlarda yaşıllığın suvarılması üçün su tapılmır. Payız və yaz aylarında qurumuş ot və kollar təmizlənmək əvəzinə qəbiristanlıq işçiləri tərəfindən, sadəcə, yandırılır. Bunun nəticəsində də məzarlıqlarda tez-tez yanğınlar baş verir, qəbir daşlarına ziyan dəyir. Özü də acınacaqlı vəziyyət əsasən Bakıda yerləşən qəbiristanlıqlarda hökm sürür. Çünki kənd yerlərində bunlara bələdiyyələr və dini icmalar diqqət yetirir, nisbətən səliqə-sahman yaradır.
Ərazi baxımından nəhəng olan Bakı qəbiristanlıqları isə, demək olar ki, yiyəsizdir. Orada nə abadlıq işləri aparılır, nə də vandalizm aktlarının aradan qaldırılması üçün bir tədbir görülür. Hətta təəssüflər olsun ki, qəbiristanlıqlar narkomanların, içki aludəçilərinin, bomjların məskəninə çevrilib. Orada cinayət hadisələri baş verir, qətllər törədilir. Bu da ümumi baxımsızlığın və nəzarətsizliyin nəticəsidir.
Bundan başqa, qəbirlərin salınmasında da nizam yoxdur. Bir də görürsən, qəbirləri artıq yolun üstündə qazmağa başlayırlar. Bu barədə mənim həmkarlarım da vaxtaşırı fikir söyləyirlər.
Qəbirlərin salınması, yerlərin müəyyən olunması, yer haqları ilə bağlı tariflərin müəyyən edilməsi vahid qay-dalarla tənzimlənmir. Halbuki bu işdə vahid tariflər müəy-yən olunmalıdır.
Təklif edərdim ki, sadaladığım məsələlər müvafiq qanunda öz əksini tapsın. Bu, zamanın tələbidir. Ən əsası da qəbiristanlıqlardakı vəziyyətin müsbətə doğru köklü surətdə dəyişdirilməsi üçün maliyyə mənbələri araşdırılmalıdır.
Deyirlər ki, bu və ya digər ölkənin maddi və mənəvi vəziyyətini iki amil səciyyələndirir – yollar və qəbiristanlıqlar. Şükür ki, yollarımızı biz dövlət rəhbərliyinin dəstəyi ilə, demək olar, sahmana salmışıq. Amma indiki vəziyyətdə Bakı qəbiristanlıqları insan ruhunun rahatlıq tapdığı yer yox, xəcalət yerimizdir. Çünki bu acınacaqlı mənzərəni yalnız Azərbaycanda yaşayanlar deyil, hazırda inkişaf etmiş ölkələrdə yaşayan və doğmalarının məzarlarını ziyarət edən minlərlə soydaşlarımız da müşahidə edirlər. Yeri gəlmişkən, onların bəziləri də tövsiyə ediblər ki, mən bu barədə təklif verim. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Müzakirələrə son veririk. Keçirik gündəliyə. Gündəliyin birinci məsələsi – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi. Buyursun ədliyyə nazirinin müavini hörmətli Vilayət Zahirov.
V.Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2014-cü il üzrə illik məruzəni icazənizlə diqqətinizə təqdim edirəm.
Beynəlxalq aləmdə öz layiqli yerini tutan, dinamik inkişaf edən ölkəmiz 2014-cü ili də uğurla başa vurmuşdur. Dünyada davam edən qlobal iqtisadi-maliyyə böhranı şəraitində Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək bütün sahələrdə böyük uğurlar əldə etmişdir.
Dövlətimiz yeni-yeni nailiyyətlər qazanmış, iqtisadi ink-işaf sürətinə görə bir çox ölkələri geridə qoymuşdur. Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş bu uğurlar demokratik islahat-ların davam etdirilməsinə daha yaxşı şərait yaratmışdır.
2014-cü il Azərbaycanın Avropa Şurası Nazirlər Komi-təsində ilk dəfə sədrliyi ilə əlamətdar olmuşdur. Həmin dö-vrdə dövlətimizin bu mötəbər təşkilatla səmərəli əməkdaşlıq münasibətləri davam etdirilmiş, sədrlik çərçivəsində bir sıra mühüm tədbirlər təşkil olunmuşdur.
Belə ki, Avropa Şurasının 2014–2015-ci illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının qurumun Baş katibinin iştirakı ilə Bakıda təqdimatı keçirilmişdir. Bu mühüm sənəddə Azərbaycanda ayrı-ayrı sahələrlə yanaşı yerli demokratiyanın inkişafı ilə bağlı institusional dialoqun təşkili, hüquqi bazanın inkişafı, yerli səviyyədə seçilmiş nümayəndələrin liderlik bacarıqlarının artırılması, yerli ha-kimiyyət orqanlarının inzibati potensialının gücləndiril-məsi və digər tədbirlər də müəyyən olunmuşdur.
Nazirlər Komitəsinə sədrlik çərçivəsində ötən ilin iyun ayında Avropa Şurasının mühüm struktur qurumlarından olan, üzv dövlətlərdə yerli demokratiyanın inkişafına sə-mərəli töhfələr verən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbər orqanı olan Büronun iclası paytaxtımızda keçirilmişdir.
Tədbirdə iştirak etmək üçün Konqresin rəhbər şəxslərinin Azərbaycana səfəri nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən Konqreslə birgə “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfrans təşkil olunmuş, yerli özünüidarəetmə sahəsində gənclərin rolunun artırılmasına dair müzakirələr keçirilmiş və faydalı fikir mübadiləsi aparılmışdır. Həmçinin Konqresin prezidenti Herviq Van Staa ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Tədbirlərdə Milli Məclisin yüksək səviyyədə təmsil olunması, həmçinin Konqresin rəhbərliyi ilə ikitərəfli məhsuldar görüşlərin keçirilməsi xüsusi qeyd olunmalıdır.
2014-cü ilin oktyabrında Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti 27-ci plenar sessiyası keçirilmişdir. Sessiyada Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan hökuməti adından nümayəndə heyətinin rəhbəri – ədliyyə naziri çıxış etmişdir. O öz çıxışında Avropa üçün aktual olan məsələlərə və prioritetlərə toxunmuş, ölkəmizdə yerli özünüidarəetmə orqanlarının inkişafına dair görülmüş mütərəqqi tədbirlər və Konqresin 2012-ci ildə Azərbaycanda keçirdiyi monitorinqin nəticəsi üzrə qəbul olunmuş müvafiq tövsiyələrin icrası barədə geniş məlumat vermişdir. Çıxış zamanı Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altında olan ərazilərimizdə yerli özünü ida-rəetmənin təşkilinin mümkünsüzlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Plenar sessiyada tədbir iştirakçılarının ümumavropa problemləri, xüsusilə insan hüquqlarının təminatı, gəncliyin inkişafı, eləcə də Avropa Şurasının fəaliyyəti, ölkəmizin bu qurumun Nazirlər Komitəsinə sədrliyi, habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı sualları ətraflı cavablandırılmışdır.
Konqresin gündəliyinə həmçinin Ukrayna, Gürcüstan və Moldovada separatçılığa qarşı tədbirlərə dair müzakirələrin aparılması daxil edilmişdir. Ölkəmizin 20 ildən çox erməni separatizmindən əziyyət çəkdiyi nəzərə alınaraq Azərbaycan tərəfi bu problemin də müzakirəyə çıxarılması təşəbbüsünü irəli sürmüşdür. Ermənistan tərəfi hər vəchlə buna qarşı çıxmağa cəhdlər göstərsə də, bu məsələnin müzakirəsi iclasın gündəliyinə salınmışdır.
Mövzu üzrə çıxış etməyə dəvət olunan ədliyyə naziri ölkəmizin erməni separatizmi ilə üz-üzə qaldığını vur-ğulamış, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğ-aldan azad olunması ilə bağlı 4 qətnaməsinin hələ də Er-mənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırmış, özbaşınalıq və cəzasızlıq hissi yaradan ikili standartlardan imtina etməyin vacibliyini bildirərək beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə Ermənistana qarşı sanksiyaların qəbul edilməsinə çağırmışdır.
İclasın sonunda məsələ ilə bağlı bəyannamə qəbul olun-muşdur. Ermənistan nümayəndə heyətinin kəskin etiraz-larına baxmayaraq Azərbaycan tərəfinin təklifi əsasında bəyannamədə birbaşa Azərbaycan, habelə Gürcüstan, Mol-dova və Ukrayna separatçılıqdan əziyyət çəkən ölkələr kimi göstərilmişdir.
Qeyd olunmalıdır ki, konqresin bütün iclasları, aparılan müzakirələr internetdə canlı yayımlanmışdır. Bununla da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər bütün dünya ictimaiyyətinə bir daha çatdırılmışdır.
Ötən il Azərbaycanın səmərəli əməkdaşlıq etdiyi Türk Dünyası Bələdiyyələr Birliyinin təşəbbüsü ilə İstanbulda “Türk dünyası” kitabı nəşr edilmişdir. Kitabda türk dü-nyasının 2000 ildən artıq dövr ərzində mövcud olmuş 12 dahi şəxsiyyəti, o cümlədən ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müfəssəl məlumat verilmişdir. Azərbaycan xalqının ümummilli liderinin ən görkəmli tarixi şəxsiyyətlərlə birgə türk dünyasının öndəri hesab olunması hər bir azərbaycanlıda böyük qürur və fəxr hissi yaradır.
Ümumiyyətlə, Türk Dünyası Bələdiyyələr Birliyi ilə sıx əməkdaşlıq 2014-cü ildə də davam etdirilmişdir. Hər il olduğu kimi, İstanbul şəhərində bələdiyyə üzvləri və qulluqçuları üçün seminarlar keçirilmiş, təcrübə mübadiləsi aparılmışdır. Türkiyənin yerli özünüidarəetmə sahəsindəki təcrübəsini öyrənmək məqsədi ilə Azərbaycandan gənc bələdiyyə nümayəndələri tədbirlərə cəlb edilmişlər. Eyni zamanda, 2014-cü il 18–21 fevral tarixində Birliyin nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Birliyin yaradılmasının 10-cu ildönümü münasibəti ilə qurumun “Perspektiv” jurnalının xüsusi nömrəsində “Azərbaycan Prezidenti İlham Əliyev – uğurlu dövlət başçısı örnəyi” sərlövhəli məqalə dərc olunmuşdur.
2014-cü ilin ən mühüm hadisələrindən biri dekabr ayında ölkəmizdə bələdiyyə seçkilərinin keçirilməsi olmuşdur. Azad, demokratik, ədalətli, şəffaf keçirilən və seçicilərin fəallığı ilə baş tutan seçkilər nəticəsində 1599 bələdiyyə üzrə 14963 bələdiyyə üzvü seçilmişdir. Seçkilərdə 30 partiyanın nümayəndələri iştirak etmişdir. Olduqca əlamətdardır ki, seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin sayı xeyli artmışdır. Belə ki, qadınların sayı 5236 nəfər (34,9 faiz), gənclərin sayı isə 5450 nəfər (36,4 faiz) olmuşdur.
Bələdiyyə seçkiləri ərəfəsində Ədliyyə Nazirliyi tərə-findən hüquqi maarifləndirmə istiqamətində bir sıra tədbirlər görülmüşdür. Hesabat dövründə Milli Məclis tərəfindən 2014-cü il 30 may tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunun icrası üzrə müvafiq təşkilati tədbirlər görülmüş, o cümlədən nazirliyin iş planına əsasən bələdiyyələrə metodoloji yardımın gücləndirilməsi, birləşən və yeni yaradılan bələdiyyələrdə mülkiyyət, maliyyə və digər məsələlərin həlli, müvafiq sənədlərin təhvil-təslimi ilə bağlı zəruri işlər həyata keçirilmişdir.
Ötən ilin iyun ayında bələdiyyələrin milli assosiasiyala-rının təşkilatçılığı ilə bələdiyyə sədrlərinin III Ümum-respublika toplantısının keçirilməsi də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi və onların inkişafı prioritetlərinin müəyyən edilməsi baxımından önəmli olmuşdur. Toplantıda əhalini narahat edən yerli problemlərin həllinə yönəldilən layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə prosesində bilavasitə iştirakı, bə-lədiyyələrin iqtisadi və maliyyə potensialının gücləndi-rilməsi, bələdiyyə qulluğuna peşəkar kadrların cəlb edilməsi və sair məsələlər müzakirə olunmuşdur.
Həmçinin qeyd olunmuşdur ki, müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqinin geniş vüsət aldığı bir dövrdə bələdiyyələrin internet saytının yaradılması zəruridir. Bununla əlaqədar, qısa müddətdə bütün bələdiyyələri əhatə edən və yerli özünüidarə orqanlarının fəaliyyəti barədə məlumatı əks etdirən Azərbaycan bələdiyyələrinin elektron portalının ilkin versiyası yaradılmışdır.
Bələdiyyələrin milli assosiasiyalarının iştirakı ilə nazirliyin kollegiya iclasında portalın təqdimatı keçirilmiş-dir. Bununla yanaşı, hesabat ili yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi baxımından da uğurlu olmuşdur. Belə ki, Avropa Şurası Yerli və Regional Haki-miyyətlər Konqresinin Azərbaycana dair 326 saylı Tövsiyəsi nəzərə alınmaqla nazirliyin təklifləri əsasında 2014-cü il 20 iyun tarixində qəbul edilmiş bir sıra qanunlarla vergi Məcəlləsinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin statusu haqqında” qanunlara müvafiq dəyişikliklər edilmişdir.
Vergi Məcəlləsində və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən yerli büdcəyə ödənilən daşınmaz əmlak vergisinin, torpaq vergisinin dərəcələri yenidən müəyyən edilmiş, fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlak vergisinin hesablanması qaydası dəqiqləşdirilmişdir. Yerli vergi və ödənişlərin nağdsız ödəmə vasitələrindən istifadə edilməklə ödənilməsi bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasına yönəlmişdir.
“Büdcə sistemi haqqında” Qanunda edilmiş dəyişikliklərə görə bələdiyyələrin məqsədli maliyyələşdirilməsi ilə əlaqədar onlara ayrılan subvensiyanın dövlət büdcəsində ayrıca sətirlə göstərilməsi və ayrılmasının dəqiq icra mexanizmi müəyyən edilmişdir. Bu dəyişikliklər yerli əhəmiyyətli sosial-iqtisadi proqramların, layihələrin həyata keçirilməsində bələdiyyələrin maliyyə imkanlarını xeyli artıracaqdır. Bələ-diyyələrə dotasiyaların ayrılmasının meyarları da dəqiqləş-dirilərək yenidən müəyyən edilmişdir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli Qanunu ilə edilmiş dəyişikliklər bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması, bələdiyyələrin vaxtından əvvəl buraxılması, konstitusion müddəaların icra mexanizminin müəyyən edilməsi baxımından olduqca önəmlidir.
Hesabat ilində bələdiyyələrin fəaliyyətinə inzibati nəza-rətin həyata keçirilməsi, onun səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Bu işin əhəmiyyəti nəzərə alınaraq inzibati nəzarətin təşkili məsələləri nazirliyin kollegiya iclaslarında müzakirə edilmiş, bununla bağlı qəbul edilmiş qərarlarda regional ədliyyə şöbələri ilə əməkdaşlığın daha səmərəli təşkil olunması, inzibati nəzarətin gücləndirilməsi, bələdiyyələr tərəfindən torpaqların qanunsuz ayrılmasının qarşısının alınması üçün lazımi preventiv tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66694 bələdiyyə aktı daxil olmuşdur. Bu, 2013-cü illə müqayisədə 11,4 faiz çoxdur. Daxil olmuş bələdiyyə aktlarının hər birinin ekspertizası aparılmış, nəticədə 62908 akt qanunvericiliyə uyun hesab edilmiş, 3552 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilmişdir. Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilmiş, 544 akt dəyişdirilmiş, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilmiş, digərləri isə baxılmaqdadır.
Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar olaraq məhkəmələrdə 11 iddia qaldırılmışdır. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanunamüvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalmışdır.
Bələdiyyələr tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilmiş qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə 4022 hektar torpaq sahəsinin qa-nunsuz verilməsinin qarşısı alınmışdır. Onlardan 1502 hek-tar kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşdur.
Müraciətlər və protokollar əsasında aparılmış araşdır-malar zamanı bələdiyyə aktlarının vaxtında təqdim edilməsi, maliyyə vəsaitinin miqdarının aktlarda göstərilməsi, bələdiyyə torpaqlarının idarə olunması, bələdiyyə üzvlərinin statusu, qanunvericiliyin izahı və sair məsələləri əhatə edən 3998 tövsiyə bələdiyyələrə göndərilmişdir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim edilməli olan bələdiyyə ak-tlarının vaxtında təqdim edilməməsinə görə inzibatı xəta haqqında 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilmişdir. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, 64 protokol üzrə müraciət isə baxılmaqdadır. Aparılmış preventiv tədbirlər nəticəsində ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilmiş bələdiyyə sədrlərinin sayı xeyli azalmışdır.
2014-cü ildə nazirliyə, o cümlədən nazirliyin rəhbərliyi-nin səyyar qəbullarından bələdiyyələrin fəaliyyəti ilə bağlı 2196 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 299-cu aidiyyəti üzrə baxılması üçün digər orqanlara göndəril-miş, 1897-i mahiyyəti üzrə baxılmışdır. Hesabat ilində daxil olmuş müraciətlərə regional ədliyyə şöbələri ilə birgə baxılması zamanı aşkar edilmiş ciddi qanun pozuntuları ilə bağlı 43 bələdiyyə barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Başlanmış bir neçə cinayət işi üzrə istintaq tamamlanmış və təqsirli şəxslər məhkum edilmişlər.
Qeyd olunmalıdır ki, torpaq hərracları və müsabiqələrinin keçirilməsi, habelə aparılan geniş maarifçilik işləri və inzibati məsuliyyət tədbirləri bələdiyyələrin fəaliyyətində daha ciddi qanun pozuntularının yol verilməsi hallarının azalmasına səbəb olmuşdur. Yerli özünüidarəetmədə hüquq pozuntularının daha çox bələdiyyə torpaqlarının idarəçiliyi ilə bağlı yol verildiyinə görə bu sahədə qanun pozuntuları təhlil edilmiş, ümumiləşdirmə aparılmışdır.
Ümumiləşdirmə nəticəsində aşağıdakı xarakterik pozun-tular aşkar edilmişdir: torpaqların məqsədli təyinatı üzrə is-tifadə edilməməsi; kənd təsərrüfatı təyinatlı torpaqların qa-nunsuz olaraq qeyri-kənd təsərrüfatı məqsədləri üçün satıl-ması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi; bələdiyyə qərarlarında torpaq sahəsinin kateqoriyasının və təyinatının göstərilməməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiya-sına uyğun olaraq yerli və icra ödənişlərinin hesablanması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə Vergilər Nazir-liyi ilə birgə 2014-cü ildə Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray, Şəmkir rayonunun Şəmkir bələdiy-yələrində pilot layihənin həyata keçirilməsinə başlanmışdır. Layihə çərçivəsində bələdiyyələrin vergi xidməti orqanlarının əməkdaşları üçün seminarlar keçirilmişdir.
Bələdiyyələrə hüquqi və metodioloji yardım göstərilməsi yönündə zəruri tədbirlər həyata keçirilmiş, onların səmərəliliyinə xüsusi önəm verilmişdir. Bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədi ilə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin imkanlarından istifadə edilərək yerlərdə 21 tədris kursu keçirilmiş və bu tədris kurslarında 835 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə bələdiyyə sədrləri üçün ixtisasartırma kursları keçirilmiş, kurslarda 60 nəfər bələdiyyə sədri iştirak etmişdir. Bütövlükdə 23 kurs keçirilmiş və 895 dinləyici bu kurslara cəlb olunmuşdur. Kurslarla yanaşı, il ərzində 82 seminar keçirilmiş və bu seminarlarda 5000-dən artıq bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.
Bununla yanaşı, bələdiyyə mühasibləri üçün regionlarda “Bələdiyyələrdə maliyyə hesabatlarının tətbiqi” mövzusunda təlimlər keçirilmişdir. Təlimlərdə iştirak edən mühasiblərə “Bələdiyyələrdə maliyyə hesabatlarının tətbiqinə dair məsələlər toplusu” kitabı təqdim olunmuşdur. Eyni zamanda, “Bələdiyyələr üçün strateji planlaşdırma” kitabı böyük tirajla nəşr edilmiş və “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” hazırlanır.
Bütövlükdə, ötən il 113 maarifçilik tədbiri keçirilmiş və bu tədbirlərə 6500-dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir. Eyni zamanda, il ərzində 13 metodik vəsait hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.
Hörmətli deputatlar, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, onların maarifləndirilməsi yönündə tədbirlərin görülməsi ilə yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı işlərin davam etdirilməsi də zəruridir. Bununla bağlı, hesab edirik ki, İnzibati Xətalar və Cinayət məcəllələrində kənd təsərrüfatı təyinatlı torpaqların əsassız olaraq dövriyyədən çıxarılmasına yol vermiş vəzifəli şəxslər barəsində inzibati və cinayət məsuliyyətinin nəzərdə tutulması bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaqların qanunsuz olaraq dövriyyədən çıxarılmasının, onların təyinatının dəyişdirilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Vilayət müəllim. Buyurun, əyləşin.
Hörmətli deputatlar, illik məruzənin müzakirəsinə başlayırıq. Elton müəllim, Sizin sualınız var idi? Buyurun.
E.Məmmədov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən öncə hörmətli Vilayət müəllimə dolğun və məzmunlu çıxışına görə təşəkkürümü bildirir və bizə təqdim olunan mə-ruzədə ərazisindən deputat seçildiyim Uçar rayonu ilə bağlı bir məsələyə diqqət yetirilməsini xahiş edirəm.
12-ci səhifədə 7-ci abzasda yazırsınız: “Uçar bələdiyyə-sinin mülkiyyətində olan torpaq sahəsinin zəbt olunması faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəl-ləsinin 188-ci maddəsi ilə cinayət işinin istintaqı tamam-lanmış və təqsirli şəxs məhkum edilmişdir”. Amma mən dünən Ucar rayonunda illik hesabatda olan zaman Ucar Rayon Məhkəməsinin sədri ilə əlaqə saxladım və o mənə məlumat verdi ki, o məsələ ilə bağlı heç bir şəxsin məhkum edilməsi haqqında qətnamə yoxdur. Həmin şəxs – Məm-mədov Vüsal Vahid oğlu 2014-cü il 8 may tarixli hökmlə Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Ona görə məruzədə bunu nəzərə almağınızı xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörməli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, Azərbaycanda bələdiyyə qurumunun yaranması və bir neçə dəfə bələdiyyə seçkilərinin keçirilməsi həm Azərbaycanda bələdiyyə institutunun inkişafı, həm qanunvericilik, həm də təcrübə baxımından müəyyən fikir səsləndirməyə imkan verir. Təbii ki, bələdiyyələrin indiki statusu həmişə tənqid etdiyimiz kimi kifayət qədər aşağıdır və real yerli özünüidarə orqanına çevrilməsi prosesi hələ üfüqdə görünmür. Yaxın zamanlarda bunun olacağı ehtimalı da azdır. Çünki yerlərdə icra hakimiyyəti orqanlarının üstünlüyünə dayanan bir idarəetmə modeli hakimdir.
Digər tərəfdən, Bakıda böyük şəhər bələdiyyəsinin yaradılmaması, ümumiyyətlə, bələdiyyə torpaqlarının kadastrının olmaması, müəyyən xəritələrin natamam olması, bələdiyyələrdə maliyyə vəsaitlərinin yetərli səviyyədə olmaması, reklam və başqa fəaliyyətlərin məhdud olması hələ də ciddi problemlər olaraq qalmaqdadır.
Amma buna baxmayaraq, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi bu istiqamətdə bəlkə də ən peşəkar fəaliyyət ortaya qoyur. Diqqət edirsinizsə, bu il təqdim olunan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı məruzədə bu fəaliyyət tamamilə fərqli və yeni formatda ortaya qoyulubdur. Hələ bu nəzarət var ki, bələdiyyələrin fəaliyyətində biz qanuna, hüquqa uyğun müəyyən detalların olmasını bir qədər müşahidə edirik. Bu nəzarət də olmasa, çox böyük çətinliklər olar.
Amma mən hesab edirəm, məruzədə qeyd olunan bir sıra məsələlər var ki, burada onlar barədə bəzi təkliflərin nəzərə alınması vacibdir. Bilirsiniz ki, Azərbaycanda elektron hö-kumət modeli tətbiq olunubdur. Əksər bələdiyyələrin isə elektron saytları yoxdur və daxil olan maliyyə vəsaitləri, vergi və başqa mükəlləfiyyətlərlə bağlı məlumatların veril-məsinin, vətəndaşların bələdiyyələrə müraciətinin elektron forması çox yayılmayıb. Ona görə də bu ənənənin ortaya qoyulması vacibdir. Çünki elektron hökumət varsa, bələdiyyələrin elektron saytlarının yaradılması da zəruri məsələlərdəndir. Məncə, Bələdiyyələrlə iş mərkəzi bu işə xüsusi diqqət ayırmalı və tövsiyələrini verməlidir ki, bu məsələ həll olunsun.
Məruzədə yerli özünüidarə ilə bağlı aktlar toplusunun hazırlandığı bildirildi. Yəqin ki, bu toplu yaxın zamanlarda çapdan çıxacaq. Bu bizim özümüzə də lazımdır. Bəzən biz Milli Məclisdə o qədər dəyişikliklər edirik ki, hansı dəyişi-kliyin harada olduğunu, yeni qaydaların necə olduğunu özümüz də unuduruq. Ona görə də bunun təcili çap olunması lazımdır ki, bələdiyyələr daha rahatlıqla hüquqi işlərini həyata keçirə bilsinlər.
Amma mənim müşahidə etdiyim budur ki, bütün bu maarifçilik işlərinin aparılması, seminarların təşkili daha çox mərkəzdə həyata keçirilir. Halbuki bizdə 1607 bələdiyyə vahidi və hər bələdiyyənin də 10-dan çox, bir sıra bələdiyyələrin 10–18 üzvü var. Bu bələdiyyələrin Bakıya gəlməsi mümkün deyil. Ona görə də həmin aktlar toplusunu regionlara paylaşdırmaq, məncə, daha yaxşı olar. Çünki bələdiyyə üzvlərinin kifayət qədər hüquqi hazırlığının olmaması daha çox regionlarda müşahidə olunur.
Hər ilin yanvar ayının ikinci həftəsinin birinci günündən başlayaraq bələdiyyələrin illik hesabatları olur. Bələdiy-yələrlə İş Mərkəzi bu hesabatlarda da iştirak edib bələdiyyə qurumlarının öz hesabatlarına daha ciddi yanaşmasını təmin etsə, yaxşı olar.
Mən bir şeyə də diqqət yetirilməsini istərdim. Bildiyiniz kimi, ötən il dekabrın 23-də bələdiyyə seçkiləri keçirildi və bu seşkilərdə bir çox partiyalar iştirak etdi. Amma bir ənənə var ki, o ənənəyə görə bələdiyyələrin komissiyaları formalaşanda komissiya sədrləri ancaq Yeni Azərbaycan Partiyasının üzvləri və bitərəflər arasından seçilir. Digər partiyaların üzvlərinin ora seçilməsi imkanı tanınmır.
Əgər biz demokratik cəmiyyət yaradırıqsa, bunu dar bir çevrədə götürmək olmaz. Biz bələdiyyə qurumu yaradırıqsa, bu, heç olmasa, yerli özünüidarə səviyyəsində ayrı-ayrı partiyaların işini stimullaşdırmalıdır. Orada 3 nəfər, 4 nəfər maaş almalıdırsa, bu maaşı niyə mütləq hansısa bir icra başçısının yaxın adamı almalıdır? Heç olmasa, başqa partiyadan da bir nəfər bunu alsın.
Ölkədə demək olar, kifayət qədər demokratik seçkilər keçirilib. Doğrudur, istisnalar da, bəzi qanun pozuntuları da olub. Məsələn, Sumqayıt bələdiyyələrinə, Qaradağ bələdiy-yələrinə seçkilərdə kifayət qədər ciddi qanun pozuntuları, bəzi icra orqanlarının müəyyən yanlış hərəkətləri oldu. Amma bütövlükdə ölkə ərazisində seçki demokratik əsaslarla keçirildi. İndi bu seçki başa çatandan sonra, heç olmasa, siyasi partiyaların bələdiyyə strukturlarında iş imkanı tanınsın. Onların təmsilçiləri, sadəcə, bələdiyyə üzvü kimi qalır, kənarda saxlanılır, ancaq iki qüvvənin təmsilçisi orada olur. Belə məsələlərə, məncə, diqqət yetirmək vacibdir.
Mən bu hesabatı və Ədliyyə Nazirliyinin fəaliyyətini müsbət dəyərləndirirəm. Bələdiyyələrlə İş Mərkəzi kifayət qədər ciddi iş görür.
Bu gün Bələdiyyələrlə iş mərkəzinin rəisi çox hörmətli, peşəkar bir dövlət məmuru Mehdi Səlimzadəninin 60 yaşı tamam olur. Mən onu yubiley münasibəti ilə təbrik edir, ona can sağlığı, uğurlar arzulayıram. Ümid edirəm ki, o bundan sonrakı fəaliyyəti ilə də bələdiyyələrin inkişafına, Azərbaycanda əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarının həyata keçirilməsində onların daha fəal iştirakına öz töhfəsini verəcəkdir. Bir daha təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, xanımlar və cənablar! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı məruzə, mən deyərdim ki, əvvəlki illərlə müqayisədə daha peşəkarcasına, daha əhatəli, daha mükəmməl şəkildə hazırlanıb. Burada əlaqədar qurumun gördüyü işlər əhatəli şəkildə öz əksini tapıb və bələdiyyələrin fəaliyyətində olan nöqsanlar da, perspektivlər də, hesab edirəm ki, kifayət qədər açıq formada göstərilib. Bu nöqteyi-nəzərdən mən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətini müsbət qiymətləndirirəm, ona səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə dəvət edirəm.
Ötənilki bələdiyyə seçkiləri ilə Azərbaycanda bələdiy-yələrin fəaliyyətinin yeni bir mərhələsi başladı. Bu yeni mərhələdə islahatların yeni mərhələsinə keçməklə bələdiy-yələrin fəaliyyətini yüksəltmək üçün xeyli dərəcədə şanslar var. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsi-yasında bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırıl-ması, onların potensialından daha səmərəli istifadə edilməsi məsələsi qoyulub.
Ona görə də mən bələdiyyələrin qarşısında duran və-zifələrlə bağlı çoxsaylı məqamları üç qrupa ayırmaq istərdim: birinci, bələdiyyələr tərəfindən həyata keçirilən işlər zamanı yol verilən qanun pozuntularının aradan qaldırılması; ikinci, bələdiyyələrin özlərinin hüquqlarının tapdalanması ilə bağlı məqamlar; üçüncü, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün zəruri olan işlər. Ona görə mən hesab edirəm ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində 2015–2020-ci illəri əhatə edən yeni mərhələ üçün bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına dair xüsusi bir proqramın hazırlanması vacibdir.
Bu məruzədə bələdiyyələrin fəaliyyətindəki nöqsanlar kifayət qədər əhatəli, çox professional şəkildə göstərilib. Amma bələdiyyələrin özlərinin də hüquqlarının pozulması halları var. Mən bu halların aradan qaldırılması isti-qamətində görülən işlərə diqqətin artırılmasını və bu sahədə olan çatışmazlıqların qabardılmasını vacib hesab edirəm.
Ölkəmizdə yerli özünüidarəetmə ilə bağlı kifayət qədər qanunvericilik bazası formalaşıb, qanunlar qəbul edilib, bələdiyyələrə müəyyən səlahiyyətlər verilib. Amma sual ortaya çıxır ki, niyə bələdiyyələr qanunla müəyyən edilmiş səlahiyyətlərdən dolğun şəkildə istifadə edə bilmirlər?
Hesabatda da göstərilir ki, bələdiyyə torpaqları ilə bağlı uçot sistemi hələlik o qədər də mükəmməl olmadığına görə burada xeyli problemlər var. Özünüz bilirsiniz ki, 2014-cü ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı kənd təsərrüfatı üçün yararlı torpaqlardan səmərəli istifadə olunmasını və bu sahədə həyata keçirilən tədbirlərin daha da ciddiləşdirilməsini bir vəzifə kimi qarşıya qoyub. Bu sənəddə də haqlı olaraq göstərilir ki, 4 min hektara qədər torpaq qanunsuz olaraq verilib və onun 1500 hektarı kənd təsərrüfatı təyinatlı torpaqdır. Hesab edirəm ki, bu işə diqqət artırılmalıdır.
Amma Ziyafət müəllim, bir məsələni də nəzərə almaq lazımdır. Bəzən bələdiyyələrin mülkiyyətində olan torpaqlar bəzi qurumlar tərəfindən onların əlindən alınır. Mən misal çəkim. Məsələn, müharibə əlili torpaq alıb, üstündə əmlak tikib və sair. Bu adam işə başlayandan sonra hansısa qurum gəlib onun tikdiklərini tamamilə dağıdır. Müxtəlif yollarla həmin torpaqları insanların əlindən alır və müxtəlif üsullarla çalışırlar ki, bələdiyyənin verdiyi qərar ləğv olunsun.
Bu məsələ həm Milli Məclisin əlaqədar komitəsi, həm Ədliyyə Nazirliyinin əlaqədar qurumu, həm də digər maraqlı qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş şəkildə müzakirə olunmalıdır. Çünki bu tamamilə açıq qalmış bir məsələdir. Təkcə bələdiyyələr hüquqları pozmur ki, bələdiyyələrin də hüquqları pozulur. Bələdiyyələrin torpaqlarının onların əlindən alınması istiqamətində müəyyən işlər görülür ki, bu da bələdiyyələrin fəaliyyətinə xeyli dərəcədə mənfi təsir göstərir.
Bir məsələni də qeyd edim. Bələdiyyələr işlərini planlaşdırır, gözləyirlər ki, ilin sonuna qədər, məsələn, 50 min manat gəlir əldə edəcəklər. Amma bələdiyyənin fəaliy-yətinə müəyyən maneələr törədilir və o həmin vəsaiti əldə edə bilmir. Əldə edə bilmirsə, deməli, işə götürdüyü bir neçə nəfərə maaş da verə bilmir və bu sahədə problemlər yaranır. Amma müəyyən dövlət qurumları maaşlara və sairlərə görə çıxmaları edirlər. Beləliklə də, müxtəlif istiqamətlərdə bələdiyyələrin xeyli dərəcədə borcları yaranır. Bələdiyyələrin borcları iki cürdür – bir obyektiv borclardır, bir də süni surətdə yaradılan borclardır. Hesab edirəm ki, obyektiv borcların aradan qaldırılması istiqamətində işlək mexanizm qurulmalıdır, süni borcların aradan qaldırılması üçün isə ən yaxşı yol onların ləğv edilməsidir. Bu məsələyə xüsusi diqqət yetirilməsini vacib hesab edirəm.
Yerli özünüidarəetmədə aktual məsələlərdən biri də bələdiyyələrin maliyyəsi ilə bağlıdır. Bütövlükdə Azərbay-can bələdiyyəsinin büdcəsi təxminən 35-40 milyon manat vəsaitə malikdir. Orta hesabla hər bələdiyyəyə 22-23 min, yaxşı bələdiyyəyə 30 min manat pul düşür. İl ərzində bələdiyyə qarşıya qoyduğu vəzifələri həmin 30 min manatla, təbii ki, yerinə yetirə bilməz. Düzdür, elə bələdiyyə var ki, onun vəsaiti yüz min manatlarla ölçülür. Büdcəsi milyon manatla ölçülən bələdiyyələr də var. Amma belələri barmaqla sayılası qədər azdır. Bələdiyyələrin 85 faizi kənd bələdiyyəsi olduğuna görə onların vəsaiti haradasa min manatla beş min manat arasındadır. Bu maliyyə ilə də bir iş görmək mümkün deyil.
Ciddi müzakirə olunan məsələlərdən biri bələdiyyələrin səlahiyyəti ilə bağlıdır. Hesab edirəm ki, Bakı şəhər böyük bələdiyyəsinin yaradılması və bir sıra şəhərlərdə, məsələn, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Şirvanda pilot layi-hələrin həyata keçirilməsi Azərbaycan şəraitində bələdiy-yələrin nəyə qadir olduğunu sübut edərdi.
Bələdiyyələrin maliyyəsinin artırılması məsələsinə gəl-dikdə isə bunun üçün mənbələrdən biri dövlət büdcəsidir. Dövlət büdcəsindən ayrılan vəsait 2011-ci ildən bu yana 3,5 milyon manatdan gəlib 5,2 milyon manata çatıb ki, bu da çox simvolik xarakter daşıyan vəsaitdir. Ona görə də əlavə vəsaitlərin tapılması istiqamətində addımların atılması gərəkdir. Məsələn, daşınmaz əmlaka görə vergi sisteminin dəyişməsi bələdiyyələrin illik büdcəsini təqribən iki dəfəyə qədər artıra bilər. Bunu müsbət addım hesab edirəm. Amma bələdiyyələr beynəlxalq əlaqələri genişləndirməklə cəlbedici layihələr götürə və onların həyata keçirilməsinə milyon manatlarla ölçülən investisiyalar cəlb edərək yerli problemlərin həllində çox fəal iştirak edə bilərlər.
Azərbaycan qanunvericiliyinə görə mənzil-istismar idarəsi havadadır. Azərbaycan qanunvericiliyində ona yer yoxdur. Elə ən yaxşı üsullardan biri mənzil-istismar ida-rəsinin funksiyalarının bələdiyyələrə verilməsidir. Bu isti-qamətdə addımların atılması, mən deyərdim ki, bələdiy-yələrlə yerli əhali arasında münasibətlərin də xeyli dərəcədə yaxınlaşmasında mühüm rol oynayar.
Bir ilin ərzində bələdiyyə üzvlərinin 40 faizindən ço-xunun seminarlara cəlb edilməsi, yeni bələdiyyə üzvlərinin 70 faizindən çoxunun xanımlar və gənclərdən ibarət olması mənə daxili bir inam verir ki, sadaladığımız istiqamətlərdə islahatlar həyata keçirməklə bələdiyyələrin yerlərdə fəaliy-yətini artırmaq və yerli problemlərin həllində bələdiy-yələrin rolunu xeyli dərəcədə yüksəltmək olar.
Bir daha bu məruzəni təqdim edənə təşəkkür edib, məruzənin yüksək səviyyədə olmasını qeyd edərək ona səs verəcəyimi bildirir və deputat həmkarlarımı da ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədən də görün-düyü kimi, bələdiyyələrin işinin düzgün təşkili, qanunlara əməl olunmasının təmin edilməsi, vətəndaşların şikayət-lərinə baxılması və qanunçuluğun bərqərar olunması istiqamətində hökumət tərəfindən ciddi tədbirlər görülməkdədir. Ümumiyyətlə, keçən iclaslarda qanunvericilikdə bələdiyyələrin hesabatlarının hər kəsin görə biləcəyi şəkildə lövhəyə vurulması, yerli vergi və ödənişlərin əlbəəl deyil, bank hesabına köçürülməsi kimi mühüm dəyişikliklər edilmişdir. Bu da öz müsbət nəticələrini verməkdədir.
Hesabatdan görünür ki, 2014-cü il ərzində nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2196 müraciət daxil olmuşdur. Bunlardan cəmi 122 müraciət təmin olunub. Əlbəttə, ilk növbədə xalqa xidmət etməli olan orqandan xalqın bu qədər şikayət etməsinin özü ciddi siqnaldır. Üstəlik də, fikir verin, müraciətlərin cəmi 122-si təmin edilmişdir. Bu, qalan 2074 vətəndaşın hüquqlarının təmin edilməməsi deməkdir.
Hesabatdan da görünür ki, əsas problem torpaqların bələdiyyələr tərəfindən vətəndaşlara qanunsuz şəkildə, heç bir sənəd olmadan satılmasıdır. Vətəndaş torpağa pul ödəsə də, bir neçə il sonra üzə çıxır ki, torpaq ona qanunsuz, heç bir sənəd olmadan satılıb. Bəzən isə yeni seçilən bələdiyyə sədri artıq satılmış torpağı ikinci, üçüncü şəxslərə satır. Nəticədə, vətəndaşın həm pulu, həm canı gedir və o, illərlə çalışıb-vuruşsa da öz hüquqlarını bərpa edə, torpağa sənəd ala bilmir. Nəticədə də müraciətlərin sayı artır, yuxarıda qeyd etdiyim acınacaqlı mənzərə yaranır.
Bu barədə mənə də, başqa millət vəkillərinə də şikayətlər gəlir və düzünü desəm, mən bilmirəm, seçicilərimə necə kömək edim, nə cavab verim. Bu, çox yerdə, xüsusilə də torpaq sahələrinin kasad olduğu Masallı kimi rayonda bələdiyyələrlə bağlı öz həllini gözləyən ən böyük problemdir. Məncə, Ədliyyə Nazirliyinin müvafiq dövlət qurumları ilə birgə səyi bu problemin həllinə yönəlməlidir. Bələdiyyə torpaqları ilə bağlı münaqişələrin həlli prioritet istiqamət olmalıdır. Bunlar həll olunmasa, torpaqların səmərəli istifadəsindən söhbət gedə bilməz.
Bələdiyyələrin torpaqlara sərəncam vermək hüququndan əlavə icra etməli olduğu vəzifələri də var. Buraya yerli əhəmiyyətli problemlərin həlli, məsələn, kəndarası yolların çəkilməsi, ərazinin işıqlandırılması, abadlaşdırılması, transformatorların qurulması, dəyişdirilməsi və sair daxildir. Bunlar şəxsən mənə əhali tərəfindən ən çox ünvanlanan məsələlərdir. Həmin məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət edəndə cavab verilir ki, kəndiçi yolların təmiri, ya da işıqlandırma və sair işlər bələdiyyələrin səlahiyyətindədir.
Hökumət bələdiyyələrin inkişafı üçün bu qədər çalışır, bu qədər tədbirlər görür. Bəs nə üçün bələdiyyələr hələ də yerli əhəmiyyətli işləri görməkdə əsasən acizdirlər? Mənə elə gəlir ki, bu sualın cavabı bələdiyyələrin sayı ilə bağlıdır. İllik məruzədən görünür ki, Azərbaycanda 1599 bələdiyyə var. Bu azalma da bələdiyyələrin birləşdirilməsi barədə qərarımızdan sonra baş verib.
Sizə digər bir ölkədən – qardaş Türkiyədən maraqlı bir misal gətirim. Türkiyədə, sizcə, nə qədər bələdiyyə var? 2009-cu ildə 3225 bələdiyyə var idi. 2011-ci ildə azaldıblar, 2934 olub. Keçən il yenə azaldıblar, 1395 bələdiyyə qalıb. Deməli, hazırda bizdə bələdiyyələrin sayı Türkiyədəkindən 200 ədəd çoxdur. Halbuki bildiyiniz kimi, Türkiyə həm ərazisinə, həm də əhalisinin sayına görə Azərbaycandan bir neçə dəfə böyükdür.
Mənim fikrimcə, bizdə bələdiyyələrin sayı, heç olmasa, 500-600-dək azaldılmalıdır ki, əllərində daha çox vəsait, daha çox səlahiyyət cəmləşsin. Yoxsa hər bir kənddə, hətta böyük bir qəsəbədə bir bələdiyyənin olması nəyə lazımdır? Masallı kimi rayonda 10 dənə bələdiyyə olsa bəsdir.
Bələdiyyələr ictimai həyata bundan da aktiv şəkildə atılmalı, əhalinin problemlərinin həllində yaxından və birbaşa iştirak etməlidirlər. İnanıram ki, belə olduqda bu qədər şikayət və həll edilməmiş məsələ qalmayacaq.
Ümumiyyətlə, mən hesabatı dəstəkləyirəm və lehinə səs verəcəyəm. Lakin bələdiyyələrin sayının kəskin surətdə azalması məsələsi gündəmdədir. Çox xahiş edərdim ki, həm bizim komitəmiz, həm də hörmətli ədliyyə nazirinin müavini bu barədə ciddi fikirləşsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən məruzəni dinlədim və onun bizə təqdim olunmuş daha müfəssəl yazılı variantı ilə də tanış oldum. Doğrudan da, ildən-ilə bu məruzələr getdikcə daha da təkmilləşir. Milli Məclis qarşısında hesabatlar bələdiyyələrin fəaliyyəti ilə bağlı rəyləri, təklifləri, görülən işləri, aparılan yoxlamaları və onların nəticələrini özündə əks etdirən bu məruzələrlə verilir.
Keçən il ölkəmizdə çox azad, ədalətli, demokratik bələdiyyə seçkiləri keçirildi. Bu bələdiyyə seçkilərində 40 mindən artıq namizəd iştirak etdi. Hər bir yer uğrunda bir neçə namizəd mübarizə aparırdı. Yeni Azərbaycan Partiyası olaraq biz bələdiyyə seçkilərində 68 faizdən çox səs toplayaraq bu dəfə də qələbə çaldıq. Ona görə də biz, təbii ki, bələdiyyələrin gələcək fəaliyyət istiqamətləri barədə öz fikir və rəylərimizi bildirməliyik.
Burada hörmətli Elmira xanım bir neçə məsələyə toxundu. Həmçinin dedi ki, Türkiyədə bu gün 1395 bələdiyyə var. Lakin bu rəqəm Türkiyənin ancaq böyük şəhər bələdiyyələrinin sayını əks etdirir. Çünki Türkiyədə hər bir kəndə bələdiyyə seçmirlər, bir nəfər nümayəndə seçirlər. O da bələdiyyə adlandırılmır, muxtar adlanır. Əgər onları saysaq, Türkiyədə bələdiyyələrin sayı 20 mindən artıq bir rəqəmə gəlib çıxar. Lakin böyük şəhərlərdə ikipilləli bələdiyyə sistemi mövcuddur – böyük şəhər bələdiyyəsi və şəhərin hər məhəlləsi üzrə bələdiyyələr.
Türkiyənin bələdiyyə sistemi tamam başqa bir sistemdir. Türkiyə sistemini Azərbaycana tətbiq etmək olmaz. Oranın dövlət quruluşu da tamamilə başqa bir dövlət quruluşudur. Bizdə bu funksiyaların böyük əksəriyyətini yerli icra hakimiyyətləri həyata keçirir. Biz hərdən yerli icra hakimiyyətlərinin səlahiyyətləri ilə bələdiyyələrin səlahiy-yətlərini qarışdırırıq. Əgər Avropanın filan ölkəsində bə-lədiyyə bu addımı atıbsa, düşünürük ki, burada da bələdiyyə o addımı atmalıdır. Halbuki burada o addımın atılması tamam başqa effekt verər.
Qanunvericilik baxımından biz bələdiyyələrə kifayət qədər status vermişik. Bələdiyyələrin səlahiyyətləri də ki-fayət qədərdir. Sadəcə olaraq, bələdiyyə institutu Azərbay-canda yenidir və hər dəfə tərkibdə kifayət qədər dəyişikliklər olur. Hər gələn bələdiyyə də fikirləşdiklərini həyatda fərqli düşüncə tərzi ilə tətbiq etməyə çalışır.
Hərdən görürsən, deyirlər, bələdiyyə torpaq satır. Bələdiyyə hansı torpağı sata bilər? Onun sərəncamında olan ancaq icarəyə verilən torpaq, yaşayış sahəsinə verilən torpaq və örüşlərdir. Bunu necə satmaq olar, mənim başım çıxmır? Ola bilər ki, kimsə haradasa bir dələdüzluqla məşğul olur və bunun da üstü açıldıqda cəzalandırılır. Amma bunu ümumiləşdirib hamıya şamil edərək demək olmaz ki, bütün bələdiyyələr öz funksiyalarını elə bu formada həyata keçirirlər. Bəli, elə bələdiyyə sədrləri var ki, öz səlahiyyətlərini aşırlar. Bu, böyük şəhərlərimizdə də var, bəzi kəndlərdə də var. Bu adamlar səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olurlar. Amma ümumilikdə istiqamət yerlərdə özünüidarəetmənin səmərəliliyinin artırılmasından ibarətdir.
Bir sıra bələdiyyələrin fəaliyyət prinsipində köklü dəyişiklik olmalıdır. Bu gün əlimə 5 manat pul düşdü, bunu dərhal xərcləyim, qurtarım, yaxud kimlərəsə əmək haqqı yazım, bununla yekunlaşsın və ya otağıma mebel alım, yaxud pulum bir az artıq oldu, nəqliyyat vasitəsi alım. Belə şeylər yolverilməzdir. Mən hesab edirəm ki, bələdiyyələr yeni layihələr üzərində işləməli və o sahələrə vəsait qoy-malıdırlar ki, oradan gəlir əldə edə bilsinlər. Məsələn, bələ-diyyə məktəbləri, bələdiyyə bağçaları açmaq, pullu yollar çəkmək olar və sair. Bu yaxınlarda biz özəl qəbiristanlıqların bələdiyyələrin sərəncamına verilməsi barədə məsələni burada müzakirəyə çıxaracağıq. Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən də təklif olunubdur.
Burada bir fikir də səsləndi. Əhali ilk növbədə bələ-diyyəyə aid olan vergiləri ödəməli, sonra ondan iş tələb etməlidir. Məlumdur ki, torpaq vergisi bələdiyyəyə aiddir. Lakin təəssüflər olsun ki, görürsən, vətəndaş torpaq vergisini illərlə ödəmir və əgər yolunda və yaxud küçəsində bir problem yaranırsa, onun həllini bələdiyyədən tələb edir. O baxımdan mən hesab edirəm ki, bu vergilərin düzgün yığılıb verilməsi və onlardan düzgün istifadə olunması vacib şərtlərdəndir.
Burada qeyd olundu, yoxlamalar bir sıra qanun pozun-tularını üzə çıxarıb və yeyintilərin də qarşısı müəyyən qədər alınıbdır. Gələcəkdə də bu istiqamətdə işlər davam etdirilməlidir. Adiyyəti qurumlar bələdiyyələrin fəaliy-yətinin səmərəliliyini artırmaq üçün yeni-yeni təkliflər irəli sürməli, deməlidirlər ki, siz bax bu sahələrə diqqət yetirin, burada müəyyən sahələri icarəyə verməklə əldə edilən gəlirləri daha bir istehsal sahəsinə qoyub ondan da gəlir götürmək olar və sair. Bu kimi məsələləri həll etdikdə bələdiyyənin də büdcəsi kifayət qədər formalaşacaq və büdcə formalaşdıqdan sonra o hər hansı abadlıq, quruculuq işlərini uğurla həyata keçirə biləcəkdir. Əks təqdirdə tək vergi yığmaqla abadlıq, quruculuq işlərini həyata keçirmək mümkün deyil.
Sonda bir daha qeyd edirəm ki, məruzə ətraflı şəkildə hazırlanıb, mən ona səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən əvvəla, bildirmək istəyirəm ki, bu qurum bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni, bu hesabatı millət vəkillərinə vaxtında paylayıb və bizim onunla kifayət qədər tanış olmaq imkanımız yaranıb. Bu elə müsbət hallardan biridir.
Qeyd edim ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Prezident tərəfindən müəyyənləşdirilmiş siyasətdə bələdiyyələrin işinə ictimai nəzarətin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Mən məruzə ilə tanış olarkən fikirləşdim ki, Bələdiyyələrlə iş mərkəzi, görəsən, cənab Prezidentin bu tapşırığı əsasında hansı fəaliyyəti həyata keçirir. Amma təqdirəlayiq haldır ki, bu mərkəz 13 metodik vəsait hazırlayıb bələdiyyələrə göndəribdir.
Bu vəsaitlərdən biri “İctimai iştirakçılıq haqqında” Qa-nunun tələblərindən irəli gələn məsələlərlə bağlıdır. İctimai iştirakçılığı mən niyə xüsusi qeyd elədim. Bu həm şəffaflıq, həm də neqativ halların olmaması deməkdir. Həmkarımız Azay Quliyev tərəfindən təqdim olunan “İctimai iştirakçılıq haqqında” Qanunun müzakirəsində də biz demişdik ki, müxtəlif qurumlarda neqativ halların qarşısını almaq üçün ictimai iştirakçılığın inkişafına kömək göstərilməlidir. Bu, artıq Bələdiyyələrlə iş mərkəzi tərəfindən reallaşır.
Başqa bir məsələni qeyd etmək istəyirəm. Bu mərkəz təkcə bələdiyyə sədrləri ilə deyil, həm də bələdiyyə üzvləri ilə işlərin aparılması üçün çoxsaylı kurslar keçirir. Bu hesabatla tanışlıq zamanı məlum olur ki, bütövlükdə il ərzində 23 kurs keçirilmiş və 895 dinləyici bu kurslarda müəyyən təcrübə və bilik sahibi olmuşdur. İl ərzində 82 seminar keçirilmiş və bu seminarlardan 5 minə yaxın bələdiyyə üzvü bəhrələnmişdir. Bu göstərir ki, doğrudan da, bu mərkəzdə iş gedir. Mən, əlbəttə, arzu edərdim ki, bu iş davam etdirilsin.
Bələdiyyələrin beynəlxalq əlaqələrinin genişlənməsi də sevindirici haldır. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə bizim bələdiyyə qurumlarının və bu mərkəzin işi təqdirəlayiqdir. Konqresin 326 saylı Tövsiyəsini nəzərə alaraq bu qurum bir neçə qanuna əlavə və dəyişikliklərin edilməsi üçün parlamentə təkliflər vermişdir. “Büdcə sistemi haqqında”, “Vergilər Məcəlləsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haq-qında”, “Bələdiyyələrin statusu haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər məhz bu mərkəz tərəfindən gəlmişdir.
Mən çox istərdim ki, bu mərkəz yeni seçilmiş bələdiyyə-lərlə işini daha da genişləndirsin. Çünki yeni bələdiyyə sədrləri və üzvləri bu sahədə kifayət qədər təcrübəli olmaya bilərlər. Ona görə metodik materialların hazırlanmasında, seminarların keçirilməsində bu il mərkəzin işi daha çox olacaqdır.
Amma bayaq Siyavuş müəllimin də qeyd elədiyi kimi, daha yaxşı olar ki, bələdiyyə qurumları öz seçiciləri ilə əməkdaşlığın yeni formasını tapsınlar və bayaq qeyd olunduğu kimi, həm bələdiyyə üzvlərinin, həm də bələdiyyə ərazisində yaşayan vətəndaşların üzərinə düşən vəzifələr onlara izah olunsun. Yəni bu anlaşma olsun, sadəcə, vergi üçün qapı döyülməsin.
Eyni zamanda, mən istərdim ki, yeni seçilmiş bələdiy-yələr öz büdcələrinə toplanan vəsaitdən maksimum səmərəli istifadə edərək bələdiyyənin ərazisi daxilində müəyyən sosial problemlərin həlli üçün işin artırılmasına diqqət yetirsinlər. Təbii ki, buna da nəzarət Bələdiyyələrlə İş Mərkəzinin üzərində olacaq.
Mən hesab edirəm ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi öz üzərinə düşən vəzifənin öhdəsindən kifayət qədər layiqincə gəlir. Mən bu quruma növbəti ildə də uğurlar arzulayaraq onun fəaliyyətini müsbət dəyərləndirir və həmkarlarımı da bu məruzə haqqında müsbət qərarın qəbul olunmasına səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2014-cü ildə təqdim etdiyi məruzədən və hörmətli Vilayət müəllimin çıxışından məlum oldu ki, keçən il bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir.
Bildiyiniz kimi, özünüidarəetmə orqanı yeni yaradılmış qurum olduğundan onun səmərəli fəaliyyət göstərməsi orada çalışan işçilərin bilik səviyyəsindən çox asılıdır. Hazırda ölkəmizdə 1600 bələdiyyə fəaliyyət göstərir ki, onların da 15 minə yaxın üzvü vardır. Hər seçkidən sonra onların xeyli hissəsi təzələnir. Buna görə də onlarla hər il müntəzəm maarifləndirmə işləri aparılmalıdır ki, bələdiyyələrin fəaliyyəti müvafiq orqanların və normativ hüquqi aktların tələblərinə uyğun olsun.
Bu üzdən mən 2014-cü ildə 113 maarifçilik tədbirinin keçirilməsini və bu tədbirlərə 6500-dən çox bələdiyyə üzvü və qulluqçusunun cəlb edilməsini təqdirəlayiq hesab edirəm. Bu tədbirlərdə müxtəlif mövzular üzrə məlumatların verilməsi, müvafiq izahat işlərinin aparılması, şübhəsiz ki, bələdiyyənin fəaliyyətinin yaxşılaşmasına müsbət təsir göstərmiş və məruzədən məlum olduğu kimi, əvvəlki illərə nisbətən qanun pozuntuları azalmışdır.
Görülmüş işlərlə yanaşı, məruzədən və çıxışlardan görünür ki, bələdiyyələr öz fəaliyyətində hələ də qanun pozuntularına yol verirlər. Özü də burada söhbət kənd tə-sərrüfatı təyinatlı bələdiyyə torpaqlarının qeyri-kənd tə-sərrüfatı məqsədləri üçün ayrılması, müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması və sair kimi ciddi pozuntulardan gedir. Buna səbəb bələdiyyə fəaliyyətinin şəffaf olmaması, qərarların qəbulunda aşkarlığın təmin edilməməsi və başqa niyyətlərin güdülməsidir ki, bu da kənd bələdiyyələrində maarifləndirmə işlərinin aşağı olmasını göstərir.
Məlumdur ki, kəndin sosial inkişafında bələdiyyənin mühüm rolu olmalıdır. Lakin onların maddi durumlarının zəif olması bu istiqamətdə fəaliyyəti məhdudlaşdırır və bələdiyyə müəyyən olunmuş məsələlərin həllində öz əhalisinə kömək göstərə bilmir.
“Bələdiyyələrin statusu haqqında” Qanuna uyğun olaraq bələdiyyə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər. Təəssüf ki, bu gün kənd bələdiyyələrinin yaratdıqları hüquqi şəxsləri barmaqla saymaq olar. Hesab edirəm ki, kənd bələdiyyələri fəaliyyətlərin bu istiqamətə yönəltməklə öz ərazisində olan vətəndaşların müəyyən problemlərinin həllinə köməklik göstərə bilər. Nəticədə bu orqanlar haqqında müsbət fikir formalaşar. Məsələn, bələdiyyələr hüquqi şəxs yaradaraq ərazidə olan kənd təsərrüfatı məhsullarının cüzi haqq qoymaqla vaxtında alışını və satışını təşkil edə bilərlər.
Bu günlərdə Quba rayonunda fermer təsərrüfatlarında almanı vaxtında sata bilmədiklərinə görə məhsulun bir hissəsinin xarab olaraq çaya tökülməsi televizor vasitəsi ilə göstərildi. Hesablamalar göstərir ki, 2012-ci ildə ölkəmizdə istehsal edilmiş 8 milyon 450 min ton kənd təsərrüfatı məhsulunun 510 min tonu və yaxud 6 faizi satılmayaraq xarab olmuşdur. Yaxşı olardı ki, bələdiyyələrin nəzdində yaradılan hüquqi şəxslərə güzəştli kreditlər veriləydi. Onlar bu vəsaitdən və dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalardan istifadə edib aztonnajlı yük maşınları, digər vasitələr alaraq məhsulun daşınmasında, habelə fərdi yaşayış evlərinin tikintisində və ya təmirində, digər sosial-məişət məsələlərinin həllində əhaliyə pullu xidmət göstərilməsini təşkil edə, eyni zamanda, kənd təsərrüfatı məhsullarının satış bazarlarına çıxışını təmin etmək üçün şəhər və qəsəbə bələdiyyələri ilə əlaqələrə girərək satış yerlərinin alınması üçün əhəmiyyətli iş görə bilərdilər. Bu məsələ ilə bağlı şəhər və kənd bələdiyyələri arasında sıx əlaqələrin yaranması təmin olunmalıdır.
Bələdiyyələrin işində ən ciddi qanun pozuntuları torpaqların satılması və ya icarəyə verilməsi ilə bağlıdır. Bu bizə ünvanlanan məktublarda və müraciətlərdə də öz əksini tapır. Bu müraciətləri təhlil edərkən görürük ki, bir çox hallarda bələdiyyə qanuna zidd qərarlar qəbul edərək öz mülkiyyətində olmayan torpaqları, habelə kənd təsərrüfatına yararlı torpaqları yararsız torpaq kimi satır. Başlıcası isə bu torpaqlar çox vaxt bələdiyyə üzvlərinin xəbəri olmadan bələdiyyənin sədri tərəfindən imzalanır və bununla da həll olunur. Bu, əhalinin haqlı narazılığına, müxtəlif ünvanlara şikayət edilməsinə səbəb olur.
Belə halların baş verməsinə səbəb isə bir tərəfdən bələdiyyə sədrlərinin qeyri-qanuni hərəkətləri, digər tərəfdən isə məruzədə göstərildiyi kimi, bələdiyyə aktlarının düzgün tərtib edilməməsidir. Məruzədə qeyd olunur ki, bu nöqsanların aradan qaldırılması üçün əlaqədar təşkilatlarla birlikdə torpaqların ayrılmasına dair tələb olunan rəylərin nümunəsi, bələdiyyələrin torpaqların ayrılması barədə qəbul etdikləri aktların nümunəvi forması və qaydaları, torpağın kateqoriyası, məqsədli təyinatı, digər məsələlərə aid metodik vəsaitlər hazırlanıb bələdiyyələrə göndərilməlidir. Torpaqla bağlı bütün məsələlər həmin vəsaitdə öz əksini tapmalıdır. Bu, torpaqların uçotunun düzgün aparılmasını təmin edər və səhv uçotun meydana çıxmasını aradan qaldırar.
Bir məsələyə də toxunmaq istərdim. Bu il yanvar ayının 27-də “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda hörmətli Prezident İlham Əliyev çıxış edərək kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin olunması və torpaqların məhsuldarlığının artırılmasına dair ciddi tapşırıqlar verdi. Hesab edirəm ki, bu, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlara da aiddir. Yaxşı olar ki, bu torpaqlar icarəyə hərrac yolu ilə deyil, müsabiqə yolu ilə verilsin. Bələdiyyə əvvəlcədən şərtlər müəyyən etsin. Yəni torpaqlar ərazi və ölkə üçün vacib məhsul, məsələn, taxıl istehsal ediləcəyi, hər hektardan 40-50 sentner məhsul əldə olunacağı barədə öhdəlik götürən şəxslərə verilsin. İcarə müqaviləsi 3 ildən artıq müddətə bağlanmasın.
Bütövlükdə mən bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab edirəm və deputat həmkarlarımdan xahiş edirəm ki, buna səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Burada mənim həmkarlarım çox düzgün qeyd elədilər ki, bələdiyyə institutu ildən-ilə təkmilləşir və inkişaf edir, insanların bələdiyyələrə etimadı və marağı artır. Bunu keçən ilin dekabr ayında keçirilən bələdiyyə seçkiləri bir daha sübut elədi. Halbuki seçkilərdən əvvəl bəzi siyasi partiyalar, qeyri-hökumət təşkilatları belə bir bəyanatla çıxış elədilər ki, Azərbaycanda bələdiyyə seçkiləri mütəşəkkil keçirilməyəcək, bələdiyyələrə maraq həddindən aşağıdır, insanlar seçkilərə gəlməyəcəklər. Ancaq nəticələr göstərdi ki, belə deyil və faktlar deyilənlərin əksinədir. Bu gün Azərbaycan bələdiyyə modeli dünyada ən demokratik modellərdən biridir. Çünki əgər bələdiyyə özü öz büdcəsinin sahibidirsə, öz pulunu özü yığıb, özü xərcləməyə qadirdirsə, deməli, bu, demokratik yoldur. Bələdiyyələrin əraziləri, torpaqları da məlumdur.
Əlbəttə, bələdiyyələrin inkişafı sahəsində Ədliyyə Na-zirliyi, onun müvafiq qurumları çox iş görüblər. Bu bizə təqdim olunan məruzədə də öz əksini tapdı və çox ətraflı işıqlandırıldı. Mən də bu məruzənin təsdiq olunmasının tərəfdarıyam. Biz bunu komitədə də geniş müzakirə elədik, orada da fikirlərimizi dedik.
Mən bir-iki təklif vermək istəyirəm. Bələdiyyə ölkədə geniş insan təbəqələrini əhatə edən ən çoxsaylı bir qurum-dur. Yaxşı olar ki, bələdiyyə gününün təsis olunması ilə əlaqədar bir təşəbbüs qaldırılsın. Belə olarsa, bu, faydalı olar.
Biz 15 ildir ki, bələdiyyələrin fəaliyyətinə tənqidi möv-qedən yanaşırıq. Bu elə hesabatdan da görünür. Burada ancaq hansı bələdiyyələrin xətalara yol verdiyi, hansı qanunsuzluqların olduğu, hansı bələdiyyə sədrlərinin inzibati tənbeh aldığı barədə məlumatlar var. Halbuki Azərbaycanda öz işinin öhdəsindən gələn yaxşı bələdiyyələr çoxdur. Bu bələdiyyələr yüzlərlə, minlərlə layihələr həyata keçiriblər. Yaxşı olar ki, həvəsləndirmək məqsədi ilə yaxşı bələdiyyələr də bu hesabat məruzələrində qeyd olunsun. Çünki bu, bütün bələdiyyələrin yaxşı işləməsi üçün stimul olar.
Digər təklifim. Yaxşı olar ki, bələdiyyələr Azərbaycanda bələdiyyə parkı, muzeyi, kitabxanası yaradılması haqqında təşəbbüs göstərsinlər. Çünki bu parkı, kitabxananı, muzeyi seyr eləyən adamlar bələdiyyə haqqında ətraflı məlumat ala bilərlər.
Digər bir təklifim. Bələdiyyələrin fəaliyyəti müəyyən qəzetlərdə, saytlarda geniş işıqlandırılır. Amma yaxşı olar ki, bizim televiziyalardan biri, heç olmasa, həftədə 2 saat bələdiyyə həyatına verilişlər ayırsın. Bizdə mədəniyyət kanalı var, idman kanalı var. Niyə bələdiyyə kanalı olmasın, bələdiyyə haqqında verilişlər verilməsin?
Bəzən, bələdiyyələrin, bələdiyyə üzvlərinin hüquqları pozulur. Ancaq bələdiyyələrin əlində buna qarşı heç bir təsir mexanizmi yoxdur. Burada qeyd olundu ki, bir çox hallarda bələdiyyə torpaqları ayrı-ayrı adamlar tərəfindən müsadirə olunur, torpaq qanunvericiliyi pozulur. Digər tərəfdən, əksər hallarda insanlar bələdiyyələrə vergiləri ödəmirlər. Ancaq bələdiyyələrin bunlara bir təsir mexanizmi yoxdur. Yaxşı olar ki, gələcəkdə biz bu təsir mexanizmlərini tapmaq üçün fikirləşək, bir qanun və ya əsasnamə hazırlayaq.
Ümumiyyətlə, mən bu illik hesabatı qənaətbəxş hesab edirəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət xanım, sualınız var? Buyurun.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Mən burada bələdiyyələr haqqında söz deyən bütün həmkarlarımın fikirlərinə qoşulmaq istəyirəm. Sözsüz ki, yeni bir qurumdur. Yüz illik fəaliyyəti olan dövlət strukturlarında da biz müəyyən səhvlər, nöqsanlar, çatışmazlıqlar tapa bilərik. Əminik ki, gələcəkdə bələdiyyələrin apardığı işlər daha gözəl olacaq.
Mükəmməl bir təqdimat oldu. Həqiqətən, bizim şəhər, qəsəbə, kənd bələdiyyələri təkcə Azərbaycanda yox, xarici ölkələrdə, beynəlxalq assambleyalarda çox yüksək səviy-yədə təmsil olunur.
Mənim sualım nədən ibarətdir. Ölkəmizdə ötən ilin dekabrında seçilən bələdiyyələrin say tərkibinin 40 faizə yaxını qadınlardan ibarətdir. Sualım həm Vilayət müəllimə, həm də çox hörmətli Mehdi müəllimədir. Azərbaycanda qadın bələdiyyələrdən ibarət bir assosiasiya, bir qurum yaratmaq niyyətiniz varmı? Bu, xarici ölkələrdə var, belə beynəlxalq təşkilatlar da var. Məncə, qadınların bu işdə daha peşəkar səviyyədə təmsil olunmasına ehtiyac var. Bu onların gələcəkdə təlimlərə, treninqlərə, ixtisasartırma kurslarına cəlb olunması baxımından da yaxşı olardı. Çox sağ olun.
Sədrlik edən. Məlahət xanım, çox sağ olun. Amma un-utmayın ki, Azərbaycanda gender bərabərliyi var. Qadın bələdiyyə assosiasiyası yaratsaq, gərək kişi bələdiyyə asso-siasiyası da yaradaq ki, paritet pozulmasın. Sahibə xanım Qafarova. Buyurun.
S.Qafarova. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bələdiyyələrin fəaliyyətinə inzi-bati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni mən də yüksək qiymətləndirirəm. Bələdiyyələrin fəaliyyəti, onların beynəlxalq əlaqələrinin dərinləşdirilməsi istiqamətində görülən tədbirlər, hüquqi baza, bələdiyyə torpaqlarının idarəçiliyi ilə bağlı atılan addımlar və digər məsələlər hesabatda dolğun əksini tapmışdır.
Ümumiyyətlə, etiraf etmək lazımdır ki, son illərdə Azərbaycanda bələdiyyə institutu böyük inkişaf yolu keçib. Dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərələşdirilməsi istiqamətində görülən işlərin nəticələri göz qabağındadır. Cəmiyyətin və bələdiyyə üzvlərinin bələdiyyə institutu ilə bağlı daha geniş bilgilərə sahib olması isə, sözsüz ki, illər ötdükcə təcrübənin artması ilə bağlıdır.
Biz son illərdə bələdiyyələrin sosial-iqtisadi inkişafa müsbət təsirinin artdığını müşahidə edirik. Qəsəbə və məhəllələrdə, rayon və kəndlərdə əhalinin sıx yaşadığı ərazilərdə tikinti və abadlıq işlərinin aparılmasında, mək-təblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının, əyləncə və istirahət zonalarının, eləcə də digər bu kimi yerlərin təmiri və yenidən qurulmasında bələdiyyələrin özəl funksiyaları mövcuddur. O cümlədən bələdiyyələr öz nəzdlərində yarat-dıqları müəyyən strukturlarda insanları işlə təmin edir və ümumiyyətlə, sosial-iqtisadi inkişafda fəal rol oynayırlar.
Bələdiyyələrlə bağlı islahatlar bu strukturların inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi yeni dövlət proqramının icrası istiqamətində yerli özünüidarəetmə orqanlarının üzərinə böyük vəzifələr düşür.
Mən fürsətdən istifadə edərək bir məqamı qeyd etmək istərdim. Hörmətli Vilayət müəllim öz məruzəsində bu gün Şəmkirdə bələdiyyələrlə bağlı həyata keçirilən pilot layi-hələr haqqında danışdı. Dünən hörmətli həmkarım Məlahət xanımla mən Şəmkirdəydik. Seçicilərlə bizim görüşlərimiz oldu. İnsanlar bu layihələrlə bağlı çox razılıq edirdilər. Belə layihələr hər bir rayonda geniş yer almalıdır.
Bununla belə, düşünürəm ki, bələdiyyələr bu uğurlarla kifayətlənməməlidirlər. İnkişaf etmiş dövlətlərin də təcrübələri sübut edir ki, bələdiyyələr daha geniş fəaliyyət həyata keçirə bilərlər və buna Azərbaycanın mövcud qanunvericilik bazası da imkan verir.
Bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətən-daşların sosial-məişət qayğılarının həllində fəallıq nümayiş etdirmək üçün səylərini gücləndirməlidirlər. Məsələn, Bakı–2015 Avropa Oyunlarının keçirilməsinə təxminən 100 gündən bir az artıq vaxt qalır. Bu gün Azərbaycanın bütün dövlət qurumları, o cümlədən bütün cəmiyyət bu möhtəşəm idman tədbirinin ən yüksək səviyyədə həyata keçirilməsi işinə səfərbər olunub. Mənə elə gəlir ki, Bakı şəhər bələdiyyələri də müstəqil qurumlar kimi bu prosesdə daha mühüm rol oynamalıdırlar.
İkincisi, cəmiyyət bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumatları daha çox seçki dövründə və xüsusi əlamətdar tədbirlər olanda alır. Bələdiyyələr kütləvi informasiya va-sitələri ilə əlaqələrini daha da genişləndirməli, görülən işlər barədə cəmiyyətə mütəmadi məlumat verilməsində, elə bilirəm ki, maraqlı olmalıdırlar. Azərbaycan demokratik bir ölkədir və onun hər bir qurumu da ictimaiyyət üçün açıq və şəffaf olmalıdır.
Bildiyimiz kimi, bələdiyyələr yerlərdə daha əlçatan idarəetmə orqanları olduqlarından vətəndaşların ən tez və daha sıx müraciət edə biləcəyi strukturlardır. Ona görə də bələdiyyələr birinci instansiya kimi öz imkanlarından daha effektiv istifadə edərək vətəndaşların problemlərinin həllində daha geniş iştirak etməlidirlər.
Yekunda bir daha hesabatı qənaətbəxş qiymətləndirirəm və uğurlar arzulayıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva, buyurun.
Q.Paşayeva. Hörmətl Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məndən sonra dörd həmkarımın da çıxış etmək istədiyini nəzərə alaraq mən, sadəcə, bir-iki məsələyə toxu-nacağam. Təbii ki, bələdiyyələrin fəaliyyətinə nəzarəti hə-yata keçirən orqanın fəaliyyətini biz normal qiymətləndiririk. Biz də millət vəkili olaraq müəyyən yazışmalar hə-yata keçirir və mütəmadi olaraq cavablar alırıq. Görürük ki, hər il bu işin keyfiyyətində müsbət istiqamətlər daha da artır.
Mən bir məsələni vurğulayacağam. Beynəlxalq əmək-daşlıq çərçivəsində görülən işlər də bu istiqamətdə çox önəmlidir. Özəlliklə də mən sənəddə öz əksini tapan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclası ilə bağlı məsələni qeyd etmək istəyirəm. Avropa Şurasının belə bir önəmli qurumunun sənədlərində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərin daimi şəkildə öz əksini tapması çox önəmli bir məsələdir.
Konqresin gündəliyinə Ukrayna, Gürcüstan və Mol-dovada separatçılığa qarşı tədbirlər haqqında məsələ daxil edilərkən Azərbaycanın adının orada göstərilməməsi, əl-bəttə, böyük bir ikili standart olub. Mən nümayəndə heyə-timizi təbrik edirəm ki, onlar böyük bir səy göstərərək, Azərbaycanın adını da bu gündəliyə salıblar və yekun sənəddə Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı Azərbaycanın da adı separatçılıqdan əziyyət çəkən ölkələr arasında yer alıb. Azərbaycanın adının Avropa Şurasının bütün sənədlərində öz əksini tapması çox önəmli məsələdir. Çünki Avropa Şurasının və onun qurumlarının qəbul etdiyi hər bir yeni sənəddə mütləq ondan öncəki sənədlərə də isti-nad olunur. Ona görə mən bu məsələni xüsusi vurğulayıram.
Qeyd edəcəyim ikinci məsələ Elmira xanımın vurğuladığı məsələdir. İllik məruzədə deyilir ki, 2196 müraciətdən 299-u aidiyyəti qurumlara göndərilib, 1897 müraciətə mahiyyəti üzrə baxılıb, onlardan 122-si təmin edilib. Təbii ki, vətəndaşların bələdiyyələrdən hansısa narazılıqları, şikayətləri olanda onların bütün ümidlərini yönəltdiyi qurum budur. Ondan böyük ümidlə dəstək gözləyirlər. Mən baxdım ki, müraciətlərin təmin olunması ötən illə müqayisədə 5,2 dəfə çoxdur. Amma hesab edirik ki, gələcəyə doğru vətəndaşların bu istiqamətdə müraciətlərinin daha artıq dərəcədə təmin olunması məsələsinə xüsusi diqqət yetirilməsinə ehtiyac var.
Üçüncü məsələ. Sənəddə bələdiyyələrin yalnız 3 faizinin internet saytının olması vurğulanıb. Bu çatışmazlığın aradan qaldırılması üçün ilkin mərhələdə bir portalın yaradılması ilə bağlı çox gözəl bir layihə irəli sürülüb. Bələdiyyələrin vətəndaşlarla əlaqələrinin daha yaxşı təmin olunmasında bu çox önəmli bir məsələdir və biz bunu müsbət hadisə kimi qiymətləndiririk.
Təbii ki, bələdiyyələrin əhali arasında nüfuzunun daha da artırılması üçün onların səlahiyyətlərini daha da artırmaq lazım gələcəkdir. Bu məsələ, yəqin ki, gələcəyə doğru aktuallığını daha da artıracaqdır.
Burada fikirlər səsləndi ki, bələdiyyələrimiz arasında yaxşı fəaliyyət göstərən bələdiyyələr də, fəaliyyəti yaxşı olmayan bələdiyyələr də var. Amma yaxşı bələdiy-yələrimizin fəaliyyətinin nəticələrindən biz görürük ki, vətəndaşlarımızda nə qədər birlik, bərabərlik, təşəbbüskarlıq olursa, işlər bir o qədər yaxşı gedir.
Burada Sumqayıt bələdiyyəsinin rəhbəri Əbülfət müəllim mənə yaxınlaşdı və bir məsələni səsləndirməyimi xahiş etdi. Dedi, bələdiyyələrlə bağlı tənqidlər səslənəndə xüsusi vurğulayırlar ki, torpaq satılır. Halbuk bələdiyyələrin torpaq satma məsələsi 2007-ci ildən, ümumiyyətlə, ləğv olunub. Bu səlahiyyət Torpaq Hərrac və Müsabiqə Komissiyasına verilib ki, o da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tabe idi.
Amma təbii ki, biz hamımız çalışmalıyıq, bələdiyyələri-mizin fəaliyyəti daha da artsın. Bu, vətəndaşlarımız üçün önəmlidir. Ona da inanırıq ki, bələdiyyələrin fəaliyyətinə nəzarət edən qurum da vətəndaşlarımızın ona müraciət-lərinin təmin olunması məsələsinə diqqətini bundan sonra daha da artıracaqdır.
Mən bu sənədə səs verəcəyəm. İnanıram ki, gələn hesabat irəliyə doğru daha bir addım olacaq. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir.
Sədrlik edən. Sağ olun. Təkid eləyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəliyə, yəqin, baxmısınız. Gündəliyə 18 məsələ daxildir. 5 məsələ bir məktubla gəlib, texniki dəyişikliklərdir. 9 məsələ yenə texniki dəyişiklik-lərdir. Əgər etiraz yoxdursa, tənəffüssüz işləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Razılaşdıq. Keçirik gündəliyin ikinci məsələsinə. Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq Sazişi. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Saziş 2014-cü il martın 12-də Argentinanın Buenos-Ayres şəhərində imzalanmışdır. Sazişdə tərəflər hər iki dövlətin üzv olduğu BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi çərçivəsində kosmik fəzanı müstəsna olaraq sülh məqsədləri və genişmiqyaslı beynəlxalq əməkdaşlığa açıq olması üçün qorumağa səy göstərəcəklərini bəyan edirlər.
Saziş çərçivəsində əməkdaşlıq tərəflərin milli qanun-vericiliklərinə uyğun olaraq aşağıdakı sahələrdə həyata keçirilə bilər: məsafədən zondlama; kosmik elmi və tex-noloji qurğular; tədqiqat, tətbiq və kommersiya məqsədləri üçün peyk sistemlərinin inkişaf etdirilməsi; kosmik telekommunikasiya; peyk və digər sistemlərin hazırlanması, istehsalı, idarə olunması və istifadəsi üzrə müştərək tədqiqat və inkişaf fəaliyyətləri.
Azərbaycan hazırda dünyada çox azsaylı ölkələrdən biridir ki, kosmik fəzanın fəth edilməsi istiqamətində böyük işlər görür. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, sazişə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İndi, Eldar müəllim, beş məsələdir, bir yerdə təqdim edərdiniz, sonra səsə qoyardıq. Buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Həqiqətən, bu qanunlarda dəyişikliklər eynidir. Layihələrdən gördüyünüz kimi, həmin qanunlarda “torpağın ayrılması” sözlərindən sonra “habelə Azərbaycan Respublikasının tə-rəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və icarəsinə verilməsi” sözlərinin əlavə edilməsi təklif olunur. Bu çox düzgün, yerində olan təklifdir. Komitədə baxmışıq, bəyənmişik. Elə bilirəm ki, hörmətli həmkarlarım da bu qanun layihələrində göstərilən təklifə səs verəcəklər. Çox sağ olun.
Sədrlik edən. Bu texniki dəyişiklikdir. Başqa təklif yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, 3-cü məsələyə – Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Çox sağ olun.
4-cü məsələ. “Torpaq bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə.
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
Çox sağ olun.
5-ci məsələ. “Torpaq islahatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə.
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun.
6-cı məsələ. “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə.
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Çox sağ olun.
7-ci məsələ də təqribən eyni qəbildəndir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti 9 məsələ. Bildiyiniz kimi, bizim məhkəmə sistemində andlı iclasçılar institutu var idi. Bunu ləğv elədik. Bunun ləğvindən sonra müvafiq qanunlarda dəyişikliklər edilir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Bildiyimiz kimi, əsas qanun olan “Məhkəmələr və hakimlər haqqında” Qanundan “andılar məhkəməsi” anlayışını çıxartdıq. Amma bizim digər qanunlarda, Cinayət-Prosessual Məcəlləsində bu anlayış qalıb. Ona görə də cənab Prezident tərəfindən göndərilmiş məktub əsasında həmin qanunlardan da “andlılar məhkəməsi” anlayışının çıxarılması təklif olunur. Hesab edirəm ki, 8-ci məsələdən 15-ci məsələyə qədər biz səsvermə ilə bu məsələni həll edə bilərik.
Sədrlik edən. Elə 16-cı məsələ də eyni qəbildəndir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanundan “andlı iclasçılar” sözləri çıxarılır.
8-ci məsələ – “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun.
9-cu məsələ. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında məsələyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun.
10-cu məsələ. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə.
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
11-ci məsələ. “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə.
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun.
12-ci məsələ. Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
13-cü məsələ. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
Səsvermənin nəticələr (saat 14.10 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
14-cü məsələ. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə.
Səsvermənin nəticələr (saat 14.10 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
15-ci məsələ. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Nəhayət, bu qəbildən sonuncu məsələ – “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə.
Səsvermənin nəticələr (saat 14.12 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Çox sağ olun. Texniki dəyişikliklər olan məsələləri bitirdik.
Növbəti, 17-ci məsələ. “Bələdiyyə qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Arif Rə-himzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitə-sinin sədri.
“Bələdiyyə qulluğu haqqında” Qanunun 5-ci maddəsində deyilir ki, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin sədri birbaşa təyin edir. Təklif olunur ki, digər işçiləri bələdiyyənin sədri birbaşa yox, bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq təyin etsin. Bununla əlaqədar olaraq 5-ci maddəyə bir düzəliş edilir və qanuna 5-1, 5-2, 5-3-cü maddələr əlavə olunur. Burada bələdiyyə qulluğuna qəbul, müsabiqə komissiyasının yaradılması, müsabiqə komissiyasının hüquqları, səlahiyyətləri, bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər və digər məsələlər öz əksini tapıbdır. Hesab etmək olar ki, bu Qanuna düzəlişlər bələdiyyə qulluğunda olan neqativ halları aradan götürəcək və bələdiyyənin fəaliyyətini yaxşılaşdırmağa imkan yara-dacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən qısaca bir məsələyə toxunmaq istəyirəm. Müsabiqə məsələsi ilə tamamilə razıyam. Bu bir az süründürməçiliyin də qarşısını alan bir yoldur və yaxşı ki, burada test məsələsi nəzərdə tutulmur. Çünki xatırlayırsınızsa, ötən dəfə Milli Məclisdə hörmətli Zahid Oruc tərəfindən məsələ qaldırıl-mışdı ki, Araz Nəsrəddinov adlı bir Azərbaycan vətəndaşı dövlət qulluğuna qəbul olmaq üçün yeddi dəfə test imtaha-nından keçsə də, müsabiqədən keçə bilmir. Hətta biz, bir neçə millət vəkili qərara aldıq ki, bu vətəndaş imtahandan keçəndən sonra onu nəzarətə götürək. Axı bu insan test imtahanından ən yüksək bal toplayır, amma şəxsi mülahizələrə görə müsabiqədən keçib dövlət qulluğuna qəbul oluna bilmir.
Bu mexanizm bir az sadələşdirilməlidir. Axı insan neçə illər bunun üzərində çalışmalı, nə qədər hazırlaşmalıdır ki, bu səddi keçsin. Ona görə də bələdiyyələrdə bu mexanizmin tətbiq olunması, məncə, müsbət haldır, çünki bu mürəkkəbləşdirildikcə bürokratik əngəllər daha da çoxalır və vətəndaşa iş tapmaqda xeyli maneçilik törədir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən burada bir məsələyə münasibət bildirmək istəyirəm. Buna Arif müəllim də diqqət yetirsə, pis olmaz. “Maddə 5-3. Bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər”. Burada göstərilir ki, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs bələdiyyə qulluğuna qəbul edilə bilməz. Xatırlayırsınızsa, mən bir dəfə Milli Məclisdə məsələ qaldırmış, demişdim ki, bizim, tutaq ki, hökumət öz pullarını xarici banklarda saxlayır, amma vətəndaşlara tövsiyə edir ki, siz pullarınızı yerli banklarımızda saxlayın. Yəni bu da indi ona oxşayır. Bir tərəfdən hökumət çalışır ki, cəzasını çəkib qurtarmış şəxslər cəmiyyətə inteqrasiya edilsin, işlə təmin olunsunlar ki, başqa cinayətlər törətməsinlər, bu biri tərəfdən də biz onların bələdiyyədə işə qəbulunu yasaqlayırıq. Bələdiyyə heç dövlət hakimiyyəti orqanı da deyil. Yəni bu, dövlət qulluqçusu da deyil. Özünüidarə orqanında işə qəbul olunur.
Cinayət Məcəlləsinin məhkumluqla bağlı 83-cü maddəsinin müddəalarına görə şərti məhkum edilmiş şəxs sınaq müddəti bitənədək məhkum olunmuş sayılır. Məsələn, niyə şərti məhkum olunmuş şəxs bələdiyyə qurumunda işləməsin?
Yenə həmin maddənin müddəalarına görə azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edil-miş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçənə-dək, eləcə də böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən üç il keçənədək məhkum olunmuş sayılırlar. Belə çıxır ki, bu insanlar cəzalarını çəkib qurtarsalar da, bundan sonra hələ bir və ya üç il bələdiyyə qulluğunda işə qəbul oluna bilməzlər.
Mən diqqəti nəyə yönəltmək, nə demək istəyirəm? Onu demək istəyirəm ki, insanlara şans vermək lazımdır. Bu şəxs, tutaq ki, Cinayət Məcəlləsi ilə qadağan olunmuş əmələ yol verib, ictimai qaydanı pozub, ona cəza təyin olunub. Cəzanı çəkib qurtardıqdan sonra bu insanların cəmiyyətə inteqrasiyasına biz yol açmalıyıq. Bir tərəfdən hökumət bu istiqamətdə müəyyən addımlar atır, o biri tərəfdən biz qanun qəbul edib özümüz onların işləməsini qadağan edirik. Beləliklə də, həbsxanadan çıxan, yaxud azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza almış şəxslər işlə təmin oluna bilmirlər.
İndi Oqtay müəllim, təsəvvür edin, bunları nə dövlət orqanları, nə də bələdiyyə işə götürür. Sahibkar da fikirləşir ki, yaxşı olsaydı, bunu elə dövlət orqanı işə götürərdi də, mən niyə işə götürməliyəm. Belə çıxır ki, bu adam işləməmlidir, qalmalıdır ortada, küçədə. Küçədə də qalanda bu nə etməlidir? Axı bu insan ailəsini dolandırmalıdır, özünün gündəlik yaşayışını təmin etməlidir. Deməli, məc-burdur, getsin, oğurluq etsin, başqa cinayət törətsin.
Ona görə də mən hesab edirəm, biz Cinayət Məcəlləsində məhkumluqla bağlı bu müddəaya yenidən baxmalıyıq. Bu, sovet dövründən, sovet Cinayət Məcəlləsindən qalma bir müddəadır. Bu müdəaya mütləq yenidən baxmaq lazımdır.
Elə cinayətlər var ki, onları törətmiş şəxslərə əlavə cəzalar da təyin olunur. Belə şəxslər cəzalarını çəkdikdən sonra bir müddət müəyyən vəzifə tutma və müəyyən fəaliy-yətlə məşğul olma hüququndan məhrum edilirlər. Onlara onsuz da cəzasını çəkib qurtarandan sonra əlavə cəza kimi hansı müddətəsə müəyyən vəzifələr tutmağı qadağan edirik. Amma Cinayət Məcəlləsinin 83-cü maddəsindəki müddəa tamamilə köhnəlmiş bir müddəadır və sovet dövründən qalma təfəkkürün məhsuludur. Ona görə mən hesab edirəm ki, bu müddəa bu layihədən çıxarılmalıdır.
Aydındır ki, müsabiqə zamanı hər bir namizədin tərcümeyi-halına baxacaqlar, araşdıracaqlar, məqsədəuyğun bilməyəcəklərsə, qəbul etməyəcəklər. Əgər o şəxs xüsusilə ağır cinayət törədibsə, yaxud residivistdirsə, yəqin ki, ona etimad göstərilməməsini başa düşmək olar. Qalan hallarda, hesab edirəm ki, o səlahiyyəti komissiyaya vermək lazımdır. Qoy komissiya özü müəyyənləşdirsin ki, bu şəxsi bələdiyyə qulluğuna qəbul etmək olar, yoxsa olmaz.
Mən təklif edirəm ki, “məhkumluğu ödənilməmiş və ya götürülməmişsə” sözləri “Bələdiyyə qulluğu haqqında” Qanuna əlavə olunması üçün müzakirəmizə verilən 5–3-cü maddədən çıxarılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, Əli müəllim və Arif müəllim verilən təklif üzərində düşünüb fikirlərini bildirər və biz bu məsələyə sonra baxa bilərik. Amma indi mən bu layihəni olduğu şəkildə qəbul etməyi təklif edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.20 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi – Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsi. Arif müəllim, buyurun.
A.Rəhimzadə. Mən bundan qabaqkı məsələyə dair verilən təklif barədə fikrimi bildirmək istəyirəm. Əlbəttə, bu məsələ müzakirə oluna bilər. Ancaq o müddəanın ilk növbədə gərək Cinayət Məcəlləsindən çıxarılması müzakirə olunsun. Oradan çıxarılandan sonra avtomatik olaraq buradan da çıxarıla bilər. Bu norma bütün qanunlarda öz əksini tapıbsa, onun buradan çıxarılması düzgün olmazdı.
Bələdiyyə qulluqçularının etik davranış qaydaları haq-qında qanun layihəsinə gəldikdə deməliyəm ki, bu günədək bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında heç bir sənəd yoxdur, yalnız “Bələdiyyələrin statusu haqqında” Qanunda ayrı-ayrı müddəalar var. Ancaq onlar bu problemi əhatə edə bilmir. Müzakirəyə təqdim olunan qanun layihəsində bu məsələlər öz əksini tapıb.
Layihə 3 fəsil və 20 maddədən ibarətdir. Burada peşə-karlıq və fərdi məsuliyyətin artırılması, mədəni davranış, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi, qərəz-sizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və güzəştlərin əldə edilməsinə yol verilməməsi, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiy-yətlər, maraqların toqquşmasının qarşısının alınması, əmlakdan və məlumatlardan istifadə, etik davranış qaydalarına əməl olunmasına nəzarət, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, intizam məsuliyyətinin növləri və digər məsələlər öz əksini tapıbdır.
Qanun layihəsi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” 2007-ci ildə qəbul olunmuş Qanun əsasında hazırlanıbdır. Mən düşünürəm ki, bu qanunun qəbul edilməsi bir çox problemləri aradan götürməkdən ötrü yaxşı bir vasitə ola bilər.
Qeyd edim ki, qanun layihəsinin komitəmizdə müzakirəsi zamanı verilən müəyyən təkliflər səmərəli hesab edilərək qəbul olunmuşdur. Məsələn, “İntizam məsuliyyətinin növləri” adlı 20-ci maddənin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulurdu ki, etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər. Burada “başqa vəzifəyə keçirmək” müddəası var idi. Təklif olundu ki, “başqa” sözü “aşağı” sözü ilə əvəz edilsin.
20.3-cü maddədə yazılmışdı: “Etik davranış qaydalarını pozmuş bələdiyyə qulluqçusuna intizam məsuliyyəti pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün müddətində tətbiq edilə bilər”. Təklif olundu ki, “tətbiq edilə bilər” yox, “tətbiq edilir” yazılsın. İşçi qaydasında danışıldı və bu təkliflər qəbul olundu.
Hesab edirəm ki, bu qanun layihəsi birinci oxunuşda qəbul edilə bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Arif müəllim söylədi, bu birinci oxunuşdur. Buyursun, Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən təqdim olunan bu qanun layihəsini diqqətlə oxudum, tanış oldum. Demək istərdim ki, bələdiyyələr Azərbaycanda, ümumiyyətlə, yeni qurumdur. Amma bu qurumun, bu institutun formalaşması, təkmilləşməsi üçün qısa bir zamanda çox böyük işlər görüldü. Bu sahədə əldə olunan nailiyyətlər göz qabağındadır.
Mən bələdiyyələrin fəaliyyəti üçün hüquqi bazanın yaradılmasında Milli Məclisin rolunu xüsusi qeyd etmək istərdim. Arif müəllim Rəhimzadənin bu sahədə gördüyü böyük işləri, bələdiyyələrlə bağlı qanun layihələri hazır-lanarkən bu sahədə mövcud beynəlxalq qanunvericiliyin tam öyrənilib, bütün müsbət cəhətlərindən istifadə edilməsini, əlbəttə, qeyd etməmək olmaz.
Mən hesab edirəm ki, bugünkü qanun layihəsi konseptual baxımdan tamamilə qənaətbəxşdir. Mən onun lehinə səs verəcəyəm, həmkarlarımı da buna dəvət edirəm. Bir-iki xırda qeydlərim var. Onları da ikinci oxunuşda deyəcəyəm.
Mən indi nəyi demək istərdim. Birinci məsələ, yəni bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında məsələ müzakirə olunanda danışa bilmədim. Mən görürəm ki, həyatda bəzən bələdiy-yələrlə mənzil-istismar idarələrinin funksiyaları əhali tərəfindən tam ayırd edilə bilmir. Yəni bəzən əhaliyə elə təqdim olunur ki, guya mənzil-istismar idarələri və bələdiyyələr eyni funksiyaları həyata keçirir və əhaliyə eyni işlərin haqqının ödənilməsi haqqında bildiriş göndərirlər.
Mən hesab edirəm, bu sahədə maarifləndirməyə böyük ehtiyac var. Yəni əhali tam bilsin ki, bələdiyyənin funksi-yasına nə aiddir və bələdiyyənin həyata keçirdiyi hansı işlərə görə ona pul ödəməlidir, yaxud mənzil-istismar idarələrinin həyata keçirdiyi iş nədir və onlara nəyə görə ödəniş verməlidir. Bax mən hesab edirəm, bu çox vacibdir.
Daha sonra, burada Tahir müəllimin dediyi o fikirlə şərikəm ki, yaxşı nəticələrə nail olan bələdiyyələrin işləri qeyd olunmalı, beləliklə başqaları da yaxşı işləməyə həvəsləndirilməlidir. Bu ona görə çox vacibdir ki, onların fəaliyyəti getdikcə daha da təkmilləşsin.
Mən bir daha qeyd etmək istərdim ki, təqdim olunan layihə çox təkmildir. Burada bələdiyyələrin fəaliyyətinin bütün istiqamətləri, yəni bu fəaliyyət zamanı davranış normaları tam əhatə olunur. Mən bu qanunun lehinə səs verəcəyəm və həmkarlarımı da buna çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Etik davranış qaydalarına riayət olunmasının bələdiyyə qulluqçularının da üzərinə bir vəzifə olaraq qoyulması təqdirəlayiq haldır və mən bu layihəni alqışlayıram.
Amma mən başqa bir məqamın üzərində dayanmaq istəyirəm. Cənab Sədr, biz 2007-ci ilin may ayında “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul etdik. Plenar iclasa bunu bizim komitə tövsiyə etmiş-di. Bu layihə həmin qanunun nöqtə-vergülünə qədər kö-çürülmüş variantıdır. Qanunun məqsədindən, prinsiplərindən tutmuş məsuliyyətin növlərinə qədər hamısı eynidir. Hətta ifadə forması belə eynidir. Mən bunu irad tutmaq fikrində deyiləm. Çünki predmet əgər eynidirsə, onun ifadə forması da eyni olacaq.
Amma mən düşünürəm ki, dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun olduğu halda bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında ayrıca bir qanunun qəbul edilməsi hüquqi məqsədəuyğunluq baxımından düzgün deyil. Bəlkə də mənim fikrimin əleyhinə çıxanlar olacaq, deyəcəklər ki, bələdiyyə tamamilə başqa bir qurumdur, orada ayrı bir qanunlar toplusu olmalıdır.
Söhbət eyni bir predmetdən, eyni mənəvi dəyərlərdən və onların insanlarla təmasda, gündəlik fəaliyyətdə rəhbər tu-tulmasından gedir. Hüquq nəzəriyyəsinə görə də ictimai münasibətlərin subyektə görə təsnifləşdirilməsi düzgün deyil. Çünki əgər biz bu yolla getsək, müəllimlərin etik davranış qaydaları, həkimlərin etik davranış qaydaları və sair də yazılmalıdır. Yəni bu şəkildə biz bu siyahını uzada bilərik.
Bir halda ki, tamamilə eyni iki qanundur, bu qanunu “Dövlət və bələdiyyə qulluqçularının etik davranış qay-daları” adlandıraraq onun mətnində müvafiq dəyişiklik aparmaqla “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərini biz bələdiyyə qulluqçularına da şamil edə bilərik. Hüquq nəzəriyyəsinə görə də bir-birini təkrarlayan qanunlarla hüquq sistemini yükləmək düzgün sayılmır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sən dövlət qulluğu ilə bələdiyyə qulluğunu qarışdırırsan.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Arif Rəhimzadə söz istəyir. Buyurun, Arif müəllim.
A.Rəhimzadə. Əlbəttə, bu qanun hazırlanarkən “Dövlət qulluqçularının davranış qaydaları haqqında” Qanun əsas kimi götürülübdür. Ancaq bunların tamamilə eyni bir qanun olduğunu söyləmək düzgün deyil. Orada başqa məsələlər var. Çünki dövlət qulluğuna qəbul və işdən azadetmə ilə bələdiyyə qulluğuna qəbul və işdən azadetmə tamam başqa qaydalarla həyata keçirildiyi üçün burada istər-istəməz fərqlər olacaq. Qaldı ki, bələdiyyə qulluqçularının davranış qaydalarını müəllimlərin davranış qaydaları ilə müqayisə etmək, mən hesab edirəm, düzgün deyil. Bələdiyyə dövlət qulluğu olmasa da, idarəetmə sistemində əsas amillərdən biridir, bütün Azərbaycan əhalisini əhatə edən bir qurumdur. Bunu belə xırdalamaq ki, hər bir peşə sahibinə davranış qaydaları hazırlamaq lazımdır, mən hesab edirəm, düzgün fikir deyil. Sağ olun.
Sədrlik edən. Mən də hesab edirəm ki, bələdiyyə institu-tu ayrı bir institutdur. Birincisi, əgər Bələdiyyə qulluq-çularının etik davranış qaydaları haqqında qanun layihəsini hazırlayarkən bizim vaxtilə qəbul etdiyimiz qanundan istifadə ediblərsə, çox gözəl. Deməli, bu qanun o qədər güclü yazılıb ki, ondan istifadə ediblər. Köçürmə söhbəti, mən də hesab edirəm, doğru deyil. Burada fərqli şeylərdir. İkincisi də, bu birinci oxunuşdur. Mən təklif edirəm, kon-septual baxımdan qanun layihəsini birinci oxunuşda qəbul edək, qalan məsələlərə ikinci oxunuşda baxarıq. Əgər etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.33 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun. İclasımız sona çatdı.
EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ
13 fevral 2015-ci il
____________________
Cavanşir Feyziyev. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində 2010–2014-cü illər üzrə bələdiyyələrin fəaliiyətindəki irəliləyişlər və mövcud problemlər konkret faktlarla ətraflı şəkildə öz əksini tapmışdır. Məruzədən də göründüyü kimi, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsini təkmilləşdirmək, səmərəliliyini artırmaq, bələdiyyələrin fəaliyyətində qanunçuluğu möhkəmləndirmək məqsədi ilə zəruri tədbirləri əvvəlki illərlə müqayisədə 2014-cü ildə daha geniş və əhatəli şəkildə davam etdirmişdir.
Mən Ədliyyə Nazirliyi nümayəndələrinin beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirakını, eləcə də 6500-dən çox bələdiyyə üzvü və qulluqçusunun seminar və digər tədbir-lərdə iştirakını bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına müsbət təsiri baxımından olduqca faydalı hesab edirəm.
Eyni zamanda, ümumiyyətlə, bələdiyyələrin fəaliyyətinə dair, eləcə də bu fəaliyyətə inzibati nəzarətin həyata keçirilməsinin yaxşılaşdırılmasına bilavasitə təsir edə biləcək təkliflərimi də səsləndirmək istərdim.
Bələdiyyələrin fəaliyyətinin hüquqi bazasını formalaşdırmaq və möhkəmləndirməkdən ötrü yerli özünüidarənin əsaslarına dair onlarla qanun qəbul edilmişdir. Həmin normativ-hüquqi aktlarda bələdiyyələrin statusu, maliyyəsi, vergi bazası, bələdiyyə torpaqları, onların satılması, icarəyə verilməsi və sair məsələlər öz əksini tapsa da, bu sahədə bir-biri ilə sıx əlaqəli olan iki problemin həllini zəruri hesab edirəm. Bunlardan birincisi yerli özünüidarənin hüquqi bazasını təşkil edən qanunların tam işləməsi sahəsində problemlərin aradan qaldırılması və ikincisi bələdiyyələrə qanunvericiliklə verilən hüquqlardan onların tam istifadə etmələri üçün şərait yaradılmasıdır.
Bələdiyyələrlə yerli icra orqanları arasında səlahiyyətlərin və vəzifələrin dəqiq çərçivəsinin müəyyənləşdirilməsi onların münasibətlərinə daha çox aydınlıq gətirməklə fəaliyyətlərinin səmərəliliyini artırmış olar.
Son illər büdcədən bələdiyyələrə ayrılan dotasiyanın məbləği bir qədər artsa da, ölkə üzrə bütövlükdə bələdiyyələrin büdcəsinin əhalinin sayına nisbəti bu məbləğın hər hansı ciddi fəaliyyət üçün yetərli olmadığını göstərir. Ona görə də həm Azərbaycanda fəaliyyət göstərən bir sıra bələdiyyələrin müsbət təcrübəsinə əsaslanaraq, həm də beynəlxalq təcrübədən yararlanaraq bələdiyyələrin maliyyələşmə mənbələrinin genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiq olunmasını zəruri hesab edirəm.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də bələdiy-yələrin fəaliyyətindəki əsas çatışmazlıqlar bələdiyyə mülkiyyətində olan torpaqlarla bağlı baş verən qanun pozuntuları ilə əlaqədardır. Ona görə də belə hesab edirəm ki, bələdiyyələrin torpaq kadastrı və müvafiq xəritələri ilə bağlı yaranan problemlərin aradan qaldırılması, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, müvafiq normativ-hüquqi aktların təkmilləşdirilməsi, bələdiyyələrə lazımi hüquqi yardımın təşkili və qanunçuluğa əməl edilməsi istiqamətində zəruri treninqlərin təşkili bu cür halların aradan qaldırılmasında faydalı ola bilər.
Bütövlükdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2014-cü il üzrə məruzəni yüksək qiymətləndirir, onu müdafiə edir və qəbul edilməsinə səs verirəm.