Ana səhifə  /  Sorğu

Müraciət

Hörmətli istifadəçi! 

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə (Müraciət etmək hüququ) əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.

Bununla belə, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaş müraciət etmək hüququnu aşağıdakı göstərilən vasitələrlə həyata keçirə bilər.

Şifahi müraciət – vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət;

Telefon müraciət xidməti – müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;

Yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;

Elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət;

Kollektiv müraciət – eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;

Video və səs yazısı vasitəsi ilə edilən müraciət qanunvericiliyin tələblərinə uyğun hesab edilmir.

Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.

Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan müraciətlər, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Milli Məclisin office@meclis.gov.az elektron ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir: Azərbaycan Respublikası, Bakı, AZ 1152, Parlament prospekti 1, Milli Məclis.

Diqqətli olmağınız Sizdən xahiş olunur! (* - vacib sahələr)



    Adınız*

    Soyadınız*

    Atanızın adı*

    Ölkə*      Azərbaycan

    Şəhər / Rayon*

    Ünvan*

    Təvəllüd*

    Telefon*

     

    E-poçt*

        

    Sosial durum*

    Müraciətin mövzusu*

        

    Cinsiniz

    Müraciətin növü

    Müraciətin xarakteri*


    Müraciət *



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU