Ana səhifə  /  Milli Məclisin strukturu  /  Aparatın rəhbəri

Aparatın rəhbəri

Fərid Famil oğlu Hacıyev


1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 

Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır.

Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışmışdır.

2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlamış və Milli Məclis aparatında müxtəlif vəzifələrdə, o cümlədən, Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunmuş, beynəlxalq təlimlərdə iştirak etmiş və müvafiq sertifikat almışdır.

TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir.

Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil etmiş və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış etmişdir.

Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində parlament aparatını təmsil edir.

2-ci dərəcə dövlət müşaviridir.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı var.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.