Ana səhifə  /  Rəhbərlik  /  Sədr müavini

Sədr müavini

Musa Cəfər oğlu Qasımlı

2024-cü il sentyabrın 23-dən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinidir. 
 
1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Azərbaycanda və xarici ölkələrdə onlarca kitabı və elmi məqaləsi çap edilmişdir. 55 ölkə alimi onun əsərlərinə 363 dəfə istinad etmişdir. Beynəlxalq Hirsch indeksi 10-dur. Rus və ingilis dillərini bilir. 
 
Bir sıra araşdırma mərkəzlərinin və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür. 
 
1979–1982-ci illərdə Yardımlı rayonunun orta məktəblərində müəllim işləmişdir. 1982–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspirantı, müəllimi, baş müəllimi, dosenti, Tarix fakültəsi dekanının müavini olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Beynəlxalq münasibətlər şöbəsində aparıcı mütəxəssis, baş məsləhətçi vəzifələrində çalışmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. AMEA Qafqazşünaslıq İnstitutunun qurucu direktoru olmuşdur (2016–2024-cü illər). 
 
Bitərəfdir.
 
Dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin sədr müavini olmuşdur.
 
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. 
 
Evlidir, 4 övladı var.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.