MOLLAZADƏ Asim Nazim oğlu
1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini
bitirmişdir. Tibb elmləri doktorudur. Rus, ingilis və alman dillərini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir.
2000-ci il noyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyəti üzvünün əvəzedicisidir.
Evlidir, 1 övladı var.
Партийная принадлежность: Партия Народного Фронта Азербайджана