HÜSEYNLİ Tofiq Gülmalı oğlu
1952-ci il avqustun 21-də Qubadlı rayonunda anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun çörəkbişirmə
texnologiyası fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
Evlidir, 3 övladı var