TALIBOV Vasif Yusif oğlu
Округ: 1 saylı Şərur-Sədərək seçki dairəsi
1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Araliq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. İqtisad elmləri namizədi, dosentdir. Rus dilini bilir.
1981-ci ildən Şərur rayonunun Dəmirçi kənd orta məktəbində müəllim, 1982-ci ildən Naxçıvan trikotaj paltarları fabrikində kadrlar üzrə təlimatçı, xüsusi şöbənin rəisi işləmişdir. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir.
Yeni Azərbaycan Partiyası Sİyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Birinci və İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan-İran parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан