MURADOV Fuad Rauf oğlu
Округ: 29 saylı Səbail seçki dairəsi
1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının ətraf mühit və neft sənayesi fakültəsini bitirmişdir. Magistrdir. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İngilis, fransız və rus dillərini bilir.
2001-ci ildən «ACEP» Azərbaycan Ekoloji Layihələr Mərkəzinin meneceri, 2002-ci ildən Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri, 2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2005-ci ildə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-
Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Беспартийный