HACIYEV Asəf Hacı oğlu
Округ: 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi
1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Bernulli adına Ümumdünya Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika Cəmiyyətinin, Beynəlxalq Statistika İnstitutunun və Üçüncü Dünya Akademiyasının üzvüdür. 2 kitabın və 100-dək elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1979-cu ildən Azərbaycan EA-nın Kibernetika İnstitutunun baş elmi işçisi olmuşdur. 1990-cı ildən həmin institutun sektor rəhbəri işləmiş, 1993-cü ildən Türkiyədə «Boğaziçi» Universitetinin professoru vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan MEA-nın Kibernetika İnstitutunun
laboratoriya rəhbəri və Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür.
Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çexiya, Azərbaycan- Hindistan, Azərbaycan-İndoneziya, Azərbaycan-İran, Azərbaycan-İsveçrə, Azərbaycan-Kanada, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi Sədrinin müavinidir.
Evlidir, 3 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан