QULİYEV Musa İsa oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi
1961-ci il noyabrın 25-də Ermənistan Respublikası Sisian rayonunun Urud kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Tibb elmləri namizədidir. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür. Prezident təqaüdçüsüdür. «Nizami», «Aydın», «Araz» və Yusif Məmmədəliyev ədəbi mükafatları laureatıdır. 9 kitabın və 150-dən çox məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1984-cü ildən Gəncə şəhərində narkoloji dispanserdə həkim-narkoloq, 1990-cı ildən Bakıda poliklinikada həkim-nevropatoloq, 1993-cü ildən Yasamal rayon Həkim-əmək ekspert komissiyasında ekspert-nevropatoloq, 1994–2000-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, idarə rəisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavinidir. Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Braziliya, Azərbaycan-Çexiya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Litva, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU