QƏRİBOV Fərhad Həsən oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 57 saylı Kürdəmir seçki dairəsi
1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. 1 kitabın müəllifidir. Rus dilini bilir. 1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis, 1977-ci ildən «Muğanmeliorasiyasutikinti» Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən «Kəndtikinti» Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdır. 1986-cı ildən «Azərneft » Birliyinin «Azərneftlayihətikinti» Birliyində tikinti-quraşdırma idarəsinin rəisi, mənzil-kommunal kontorunun rəis müavini, 1989-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində mexanikləşdirilmiş səyyar dəstənin baş mühəndisi, rəisi, 1991-ci ildən tikinti-quraşdırma idarəsinin rəisi, 1995-ci ildən «Azərneftlayihətikinti» Birliyinin rəisi, «Neftlayihətikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. 2002–2004-cü illərdə «Debüt» Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləmişdir. 2004–2005-ci illərdə «Azəri-Holdinq» maliyyə-sənaye qrupuna rəhbərlik etmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Mərakeş, Azərbaycan-Suriya, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 5 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU