HÜSEYNOV Rafael Baba oğlu
Округ: 58 saylı Hacıqabul - Kurdəmir seçki dairəsi
1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Əməkdar incəsənət xadimidir. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür. 7 monoqrafiyanın, 6 dərsliyin və dərs vəsaitinin, 300 elmi araşdırmanın, 500-dən çox publisistik məqalənin, 3 tammetrajlı sənədli-publisistik filmin ssenarisinin, 200-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir.
İngilis, fars və rus dillərini bilir.
1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan MEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. Bitərəfdir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyası sədrinin müavinidir. Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Bosniya və Herseqovina, Azərbaycan-İspaniya, Azərbaycan-İsveç, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavinidir.
Evlidir, 1 övladı var.
Партийная принадлежность: Беспартийный