HƏSƏNOV Aydın Xanhüseyn oğlu
Округ: 67 saylı Cəlilabad şəhər seçki dairəsi
1942-ci il noyabrın 7-də Cəlilabad şəhərində anadan olmuşdur. Bakı Ali Hərbi Ümumqoşun Məktəbini və Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1961-ci ildən Cəlilabad Rayon Hərbi Komissarlığında şöbə rəisinin
köməkçisi, 1969-cu ildən Biləsuvar rayonunda hərbi komissarın köməkçisi, Hərbi Komissarlığın şöbə rəisi işləmişdir. 1974-cü ildən Sabirabad Rayon Hərbi Komissarlığında şöbə rəisi, 1978-ci ildən Ağsu rayonunun, 1980-ci ildən Şamaxı rayonunun hərbi komissarı olmuşdur. 1987-ci ildən Azərbaycan Respublikasının Hərbi Komissarlığında 2-ci şöbənin və Respublika toplanış məntəqəsinin rəisi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun şöbə prokuroru, 1995–1997-ci illərdə Respublika toplanış məntəqəsinin rəisi vəzifələrində çalışmışdır. Bitərəfdir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əfqanıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-İraq, Azərbaycan-İran, Azərbaycan-Pakistan, Azərbaycan- Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var
Партийная принадлежность: Беспартийный