AXUNDOVA Elmira Hüseyn qızı

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 71 saylı Masallı kənd seçki dairəsi
1953-cü il mayın 26-da Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri namizədidir. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Həsən bəy Zərdabi, Rəsul Rza və Nəcəf Nəcəfov mükafatlarının laureatıdır. R.Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun vitse-prezidentidir. Bir sıra bədii və publisistik kitabların müəllifidir. Rus və fransız dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür. 1977-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, 1980-ci ildən Azərbaycan Yazıçılar İttifaqında referent-məsləhətçi, 1988-ci ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. 1990-cı ildən «Literaturnaə qazeta»nın, 1993-cü ildən «Svoboda» radiosununmüxbiri, 1998-ci ildən «Obhaə qazeta»nın Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 2002-ci ildən Bakı Slavyan Universitetinin dosentidir. Bitərəfdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Fransa, Azərbaycan-Küveyt, Azərbaycan-Rusiya, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU