ƏHMƏDOV Əhəd Abbas oğlu
Округ: 80 saylı İmişli - Beyləqan seçki dairəsi
1967-ci il martın 5-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Rus dilini bilir. 1991-ci ildən «Günəş» Elm-İstehsalat Assosiasiyasının direktoru, 1994-cü ildən Azərbaycan Kurortlar Birliyinin şöbə rəisi, 1996-cı ildən «Azəri» firmasının direktoru, 2000–2005-ci illərdə Füzuli rayon şərab zavodunun direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-Çin, Azərbaycan-Meksika, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан