CAVADOV Ərəstun Nurəddin oğlu
Округ: 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir.
1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, «Azərgeyimticarət» Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə «Mərkəzi Univermaq» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan- İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан