ƏSƏDULLAYEV Çingiz Rauf oğlu
Округ: 90 saylı Ağdaş seçki dairəsi
1960-cı il avqustun 25-də Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsini bitirmişdir. Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidentidir. Bakı Fond Birjası Müşahidə Şurasının və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının sədridir. Rus və ingilis dillərini bilir.
1979-cu ildən SSRİ Dövlət Bankının Azərbaycan kontorunda iqtisadçı, aparıcı iqtisadçı, 1986-cı ildən Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində bölmə rəisi, «Azərittifaq» Birliyində baş iqtisadçı, idarə rəisinin müavini işləmişdir. 1990-cı ildən Bakı İstehlakçılar Cəmiyyətinin vitse-prezidenti, «Nefteko» sovet-alman müəssisəsinin icraçı direktoru, 1991-ci ildən «Turan» Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 1992-ci ildən «Azəriqazbank» Səhmdar İnvestisiya Bankının İdarə Heyətinin sədri vəzifələrində
çalışmışdır. 1997-ci ildən «Azəriqazbank» Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri, 2007-ci ildən Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının sədridir.
Bitərəfdir.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir.
Evlidir, 5 övladı var
Партийная принадлежность: Беспартийный