BAXŞƏLİYEVA Gövhər Baxşəli qızı

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 94 saylı Bərdə kənd seçki dairəsi
1954-cü il noyabrın 26-da Bərdə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. «Qızıl qələm» mükafatı laureatıdır. 3 monoqrafiyanın, 5 kitabın, 90-dək elmi və elmi-publisistik məqalənin müəllifidir. Ərəb, rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1997-ci ildən Azərbaycan MEA-nın Şərqşünaslıq İnstitutunun direktorudur. Bitərəfdir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2001-ci il iyunun 12-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin müavini vəzifəsində çalışmışdır. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İspaniya, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 1 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU