İBRAHİMQIZI Məlahət İbrahim qızı

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 99 saylı Şəmkir kənd seçki dairəsi
1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. 4 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür. 1983-cü ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Hesablayıcı komissiyasının sədridir. Azərbaycan-Cənubi Afrika Respublikası və Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Liviya, Azərbaycan-Suriya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU