ƏLƏSGƏROV Valeh Feyruz oğlu
Округ: 102 saylı Samux - Şəmkir seçki dairəsi
2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.
1970-ci ildən «Permneft» birliyi «Kunqurneft» NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən «Permneft» Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən «Muradxanlı» NQÇİ-nin baş mühəndisi, idarə rəisinin müavini, 1987-ci ildən «Azərneft» Birliyinin baş mühəndisi, baş direktorunun müavini, 1992-ci ildən «Azərneft» Dövlət Konserninin vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuş, 1995–2005-ci illərdə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı – Azərbaycan
parlament əməkdaşlığı komitəsinin rəhbəri, Azərbaycan – Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir.
Evlidir, 4 övladı var
Партийная принадлежность: Беспартийный