MƏMMƏDHƏSƏNOV Rafiq Musa oğlu
Округ: 103 saylı Gədəbəy seçki dairəsi
1945-ci il sentyabrın 26-da Gədəbəy şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür. 250-dən çox elmi əsərin və 2 dərsliyin müəllifidir. 1 ixtirası vardır. İngilis və rus dillərini bilir.
1969-cu ildən «Naftalan» sanatoriyasında, 1971-ci ildən «Mərdəkan » sanatoriyasında həkim-terapevt işləmişdir. 1977–1986-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda assistent, 1990-cı ildən Daxili xəstəliklər kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Çexiya, Azərbaycan-Fransa, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан