CƏFƏROV Nizami Qulu oğlu
Округ: 108 saylı Ağstafa seçki dairəsi
1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 50-dən çox kitabın müəllifidir. Rus, ingilis və fars dillərini bilir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, 1994-cü ildən filologiya fakültəsinin
dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycanda Atatürk Mərkəzinin müdiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан