ASLANOVA Rəbiyyət Nurullah qızı
Округ: 109 saylı Balakən seçki dairəsi
1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Fəlsəfə elmləri doktoru, professordur. 4 kitabın və 40 məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1978-ci ildən Azərbaycan Dövlət Universitetində assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədridir. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Mərakeş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 3 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан