KƏRİMLİ Azər Şəmşid oğlu
Округ: 112 saylı Qax seçki dairəsi
1964-cü il iyulun 6-da Bakı şəhərində anadan olmuşdur. Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun dəri məmulatının texnologiyası fakültəsini bitirmişdir. Rus dilini bilir.
1992-ci ildən «Fəxri» firmasının direktoru, 1999–2000-ci illərdə «Qamma», «Lotos» şirkətlərinin prezidenti vəzifələrində çalışmışdır. Bitərəfdir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-İspaniya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Беспартийный