MAHMUDOV Yaqub Mikayıl oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 114 saylı Şəki kənd birinci seçki dairəsi
1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. «Şöhrət» ordeni ilə təltif edilmişdir. «Qızıl qələm», «Qızıl qılınc», Yusif Məmmədəliyev, Rəsul Rza, Samir Əsgərxanov mükafatları laureatıdır. 1000-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1956-cı ildən Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləmişdir. 1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, baş redaktorun elmi işlər üzrə müavini, 1974-cü ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, 1981-ci ildən Azərbaycan Dövlət Universitetində dosent, kafedra müdiri, tarix fakültəsi dekanının müavini, 1992-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1986–2004-cü illərdə Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı olmuşdur. 2004-cü ildən Azərbaycan MEA-nın Tarix İnstitutunun direktorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Macarıstan, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU