ŞÜKÜROV Məjlum Şükür oğlu
Округ: 115 saylı Şəki kənd ikinci seçki dairəsi
1954-cü il sentyabrın 1-də Şəki rayonunun Aşağı Küngüt kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. 62 elmi və elmi-publisistik əsərin müəllifidir. Rus və ingilis dillərini bilir.
1976-cı ildən Azərbaycan EA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı, proqramçı, mühəndis işləmişdir. 1984-cü ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Əkinçilik İnstitutunun kiçik elmi işçisi, baş elmi işçisi olmuşdur. 1989–1994-cü illərdə Sankt-Peterburq şəhərində doktoranturada təhsil almış və «Azəri» cəmiyyətinə rəhbərlik etmişdir. 1996-cı ildən Elmi Tədqiqat Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsinin direktoru, 2001–2005-ci illərdə Şəki Regional Aqrar Elmi Mərkəzinin direktoru vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Liviya, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан