HEYDƏROV Fəttah Səməd oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 116 saylı Qəbələ seçki dairəsi
1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Ali Partiya Məktəbini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. 1955-ci ildən Naxçıvan Muxtar Respublikasında kənd klubunun müdiri, kənd məktəbinin müəllimi işləmişdir. 1966-cı ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının əhaliyə məişət xidməti naziri olmuşdur. 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrində çalışmışdır. Bitərəfdir. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Avstriya, Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 5 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU