NOVRUZOV Siyavuş Dünyamalı oğlu
Округ: 5 saylı Şahbuz - Babək seçki dairəsi
1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Qarabağ müharibəsi veteranıdır. Rus və ingilis dillərini bilir.
1990-cı ildən «Əlincə» Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994–1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi aparatının işlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995–2005-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, İntizam komissiyasının sədridir. Azərbaycan–Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Çin, Latviya, Mərakeş parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан