HƏSƏNQULİYEV Qüdrət Müzəffər oğlu
Округ: 7 saylı Ordubad - Culfa seçki dairəsi
1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Rus və ingilis dillərini bilir.
1992-ci ildə Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi işləmişdir. 1996-cı ildən Bakı Asiya Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışmışdır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan–Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Xorvatiya, İtaliya, Moldova parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Справедливости, Права и Демократии