VƏLİYEV Ağalar İsrəfil oğlu
Округ: 11 saylı Qaradağ seçki dairəsi
1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Əməkdar mühəndisdir. Rus dilini bilir.
1976-cı ildən Yevlax dəmir-beton məmulatı zavodunda fəhlə, texnik- laborant, mühəndis, şöbə rəisi, baş mühəndis, direktor vəzifələrində çalışmışdır. 1991-ci ildən «Azəravtoyol» İstehsalat Birliyi Yevlax Körpütikinti Kombinatının baş direktoru, 1993-cü ildən Yevlax 2 saylı «Yoltəmirtikinti» trestinin rəisi, 1996-cı ildən «Azəraqrartikinti» Dövlət Şirkətinin prezidenti olmuşdur. 1998-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan–Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан