MUSTAFAYEVA Aytən İnqlab qızı

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 21 saylı Nəsimi birinci seçki dairəsi
1968-ci il mayın 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun idarə heyəti sədrinin müavinidir. Onlarca elmi məqalənin müəllifidir. Fars, rus və ingilis dillərini bilir. 1991-ci ildən Bakı şəhərinin 193 saylı orta məktəbində müəllim işləmişdir. 1993-cü ildən Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi, şöbə müdiri, prorektoru, 2004-cü ildən Azərbaycan MEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, şöbə müdiri vəzifələrində çalışmışdır. 2009-cu ildən İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktorudur. Bitərəfdir. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Estoniya, Finlandiya, Gürcüstan, İsrail, Niderland parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU