SƏMƏDZADƏ Ziyad Əliabbas oğlu
Округ: 23 saylı Nəsimi - Səbail seçki dairəsi
1940-cı il iyunun 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. Beynəlxalq Menecment Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. «Şöhrət» ordeni ilə təltif edilmiş, Belarus Respublikasının Fransisk Skorina medalına layiq görülmüşdür. Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir. 550 elmi əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir. Rus dilini bilir.
1961-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, şöbə müdiri, 1976-cı ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru işləmişdir. 1983–1991-ci illərdə Azərbaycan KP MK-nın İqtisadiyyat şöbəsinin müdiri, 1985-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin İqtisadiyyat məsələləri daimi komissiyasının sədri, Ali Sovet sədrinin birinci müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə Avropa Birliyi Komissiyasının Azərbaycana texniki yardımı üzrə Azərbaycan Respublikasının milli koordinatoru olmuşdur. 1999-cu ildən «İqtisadiyyat» qəzetinin təsisçisidir.
Bitərəfdir.
Onuncu, on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədridir. Azərbaycan–Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Portuqaliya, Suriya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
3 övladı var.
Партийная принадлежность: Беспартийный