VƏLİYEVA Sədaqət Süleyman qızı

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 25 saylı Nizami ikinci seçki dairəsi
1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus dilini bilir. 1976-cı ildən Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi klinikasında tibb bacısı, 1978-ci ildən 4 saylı klinik xəstəxanada həkim-interna işləmişdir. 1980-ci ildən 6 saylı vərəm xəstəxanasının həkimi, 1984-cü ildən baş həkimi, 1995-ci ildən Suraxanı Rayon Səhiyyə Şöbəsinin müdiri, 1996-cı ildən 1 saylı vərəm dispanserinin həkimi, 1997-ci ildən 6 saylı vərəm əleyhinə dispanserin baş həkimi, 2002-ci ildən Sabunçu Rayon Səhiyyə Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2006-cı ildən 4 saylı vərəm əleyhinə dispanserin baş həkimidir. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədridir. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Hindistan, Koreya, Qırğızıstan, Liviya, Slovakiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 1 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU