MURADOV Fuad Rauf oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 29 saylı Səbail seçki dairəsi
1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının Ətraf mühit və neft sənayesi fakültəsini bitirmişdir. Kimya üzrə fəlsəfə doktorudur. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İngilis, fransız və rus dillərini bilir. 2001-ci ildən «ACEP» Azərbaycan Ekoloji Layihələr Mərkəzinin meneceri, 2002-ci ildən Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri, 2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2005-ci ildə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi vəzifələrində çalışmışdır. Bitərəfdir. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan–Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Belçika, Böyük Britaniya, Fransa, Hindistan, Küveyt parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Parlamentlərarası İttifaqda və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü, Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin sədridir. Evlidir, 2 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU