MİRƏLƏMOV Hüseynbala Fazil oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 33 saylı Xətai birinci seçki dairəsi
1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvüdür. Rusiya Mədən Akademiyasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Çoxsaylı elmi və bədii əsərlərin müəllifidir. «Qızıl kəlmə», «Qızıl qələm», «Qızıl dərviş», «Qızıl buta», «Abdulla Şaiq» və «Rəsul Rza», Rusiyanın «Юрий Долгорукий», N.Kosıgin mükafatları, akademik Həsən Əliyev adına beynəlxalq mükafat laureatıdır. Fransa Sənayeçilər Assosiasiyasının «Napoleon» qızıl medalı ilə təltif edilmiş, MDB ölkələri üzrə 8 dəfə «İlin direktoru» adına layiq görülmüşdür. Rus dilini bilir. 1965-ci ildən «Azərbaycan pioneri» qəzeti redaksiyasının baş ədəbi işçisi olmuşdur. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən «Azərqaztəmirtikinti» Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildən «Bakqaz» İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. Hazırda ARDNŞ-nin prezidentinin müşaviri, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiridir. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədridir. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan–Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Litva, Rusiya, Serbiya, Türkiyə, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 4 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU