ƏHMƏDOVA Gülər Mikayıl qızı
Округ: 34 saylı Xətai ikinci seçki dairəsi
1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir.
1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən Azərbaycan Uşaq Təşkilatının sədridir. Bakı Dövlət Universitetinin müəllimidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan–Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 3 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан